Səhv kitabı

Namazda salamdan sonra bağışlanma diləmək

أَخْبَرَنَا مَحْمُودُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، عَنْ أَبِي عَمْرٍو الأَوْزَاعِيِّ ، قَالَ : حَدَّثَنِي شَدَّادٌ أَبُو عَمَّارٍ ، أَنَّ أَبَا أَسْمَاءَ الرَّحَبِيَّ حَدَّثَهُ ، أَنَّهُ سَمِعَ ثَوْبَانَ مَوْلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُحَدِّثُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، كَانَ إِذَا انْصَرَفَ مِنْ صَلاَتِهِ اسْتَغْفَرَ ثَلاَثًا ، وَقَالَ : اللَّهُمَّ أَنْتَ السَّلاَمُ ، وَمِنْكَ السَّلاَمُ ، تَبَارَكْت يَا ذَا الْجَلاَلِ وَالإِكْرَامِ.

“Allah Elçisinin ﷺ azad etdiyi kölə Səuban ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namazını bitirdikdən sonra üç dəfə “əstəğfirullah” deyər, sonra buyurardı: “Allahım! Salam (bütün nöqsanlardan və eyiblərdən uzaq) Sənsən və əmin-amanlıq Səndəndir! Ey əzəmət və ehtiram Sahibi, Sən xeyirxahsan!””

Səuban
Səhih

İstinad

Nəsəi, 1337 (Səhv, 159)

Sunən ən-Nəsəi — Səhv kitabı