Namazından bir şey unudanın nə etməsi haqda
أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ اللَّيْثِ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ ، عَنْ مُحَمَّدِ بْنِ يُوسُفَ ، مَوْلَى عُثْمَانَ ، عَنْ أَبِيهِ يُوسُفَ ، أَنَّ مُعَاوِيَةَ صَلَّى أَمَامَهُمْ ، فَقَامَ فِي الصَّلاَةِ وَعَلَيْهِ جُلُوسٌ ، فَسَبَّحَ النَّاسُ ، فَتَمَّ عَلَى قِيَامِهِ ، ثُمَّ سَجَدَ سَجْدَتَيْنِ وَهُوَ جَالِسٌ بَعْدَ أَنْ أَتَمَّ الصَّلاَةَ ، ثُمَّ قَعَدَ عَلَى الْمِنْبَرِ ، فَقَالَ : إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ نَسِيَ شَيْئًا مِنْ صَلاَتِهِ فَلْيَسْجُدْ مِثْلَ هَاتَيْنِ السَّجْدَتَيْنِ.
“Osmanın ﵁ azad etdiyi kölə Muhəmməd ibn Yusuf atası Əbu Yusufdan ﵀ rəvayət edir ki, Muaviyə onlara namaz qıldırdıqda, oturmaq lazım olan yerdə qalxdı. İnsanlar onun səhvini bildirmək üçün “Subhə:n-Allah” dedilər. O, namazı tamamladıqdan sonra həmin səhvinə görə oturduğu halda iki dəfə səcdə etdi. Sonra minbərdə oturaraq dedi: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Kim namazında bir şey unutsa, bu iki səcdə kimi səcdə etsin”.”
İstinad
Nəsəi, 1260 (Səhv, 82)
Sunən ən-Nəsəi — Səhv kitabı