Səhv kitabı

Səhv səcdəsi üçün təkbir etmək

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي عَمْرٌو ، وَيُونُسُ ، وَاللَّيْثُ ، أَنَّ ابْنَ شِهَابٍ أَخْبَرَهُمْ ، عَنْ عَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ ، أَنَّ عَبْدَ اللهِ ابْنَ بُحَيْنَةَ حَدَّثَهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَامَ فِي الثِّنْتَيْنِ مِنَ الظُّهْرِ فَلَمْ يَجْلِسْ ، فَلَمَّا قَضَى صَلاَتَهُ سَجَدَ سَجْدَتَيْنِ كَبَّرَ فِي كُلِّ سَجْدَةٍ وَهُوَ جَالِسٌ قَبْلَ أَنْ يُسَلِّمَ ، وَسَجَدَهُمَا النَّاسُ مَعَهُ مَكَانَ مَا نَسِيَ مِنَ الْجُلُوسِ.

“Abdullah ibn Buheynə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Zöhr namazının ikinci rükətində oturmadan ayağa qalxdı. Namazı bitirdikdən sonra iki dəfə səhv səcdəsi etdi və oturduğu halda salam verməzdən qabaq hər dəfə səcdə etdikdə təkbir etdi. Onun unutduğu şeyə görə insanlar onunla birlikdə səcdə etdilər.”

Abdullah ibn Buheynə
Səhih

İstinad

Nəsəi, 1261 (Səhv, 83)

Sunən ən-Nəsəi — Səhv kitabı