Dördrükətli namazı beş rükət qılan nə etməlidir?
أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ أَبِي بَكْرٍ النَّهْشَلِيِّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَسْوَدِ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، صَلَّى إِحْدَى صَلاَتَيِ الْعَشِيِّ خَمْسًا ، فَقِيلَ لَهُ : أَزِيدَ فِي الصَّلاَةِ ؟ قَالَ : وَمَا ذَاكَ ؟ قَالُوا : صَلَّيْتَ خَمْسًا ، قَالَ : إِنَّمَا أَنَا بَشَرٌ ، أَنْسَى كَمَا تَنْسَوْنَ ، وَأَذْكُرُ كَمَا تَذْكُرُونَ ، فَسَجَدَ سَجْدَتَيْنِ ثُمَّ انْفَتَلَ.
“Abdullah ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ dördrükətli namazlardan birini beş rükət qıldı. Ona: “Namaz artırıldımı?”- deyildi. O: “Nə olub ki?”- dedi. Camaat dedi: “Sən beş rükət qıldın”. Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, mən bəşərəm. Sizin unutduğunuz kimi mən də unuduram. Siz xatırladığınız kimi mən də xatırlayıram”. Sonra o, iki dəfə səcdə etdi və çıxıb getdi.”
İstinad
Nəsəi, 1259 (Səhv, 81)
Sunən ən-Nəsəi — Səhv kitabı