İmam namazı bitirənə qədər onunla namaz qılmağın savabı
أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ وَهُوَ ابْنُ الْمُفَضَّلِ ، قَالَ : حَدَّثَنَا دَاوُدُ بْنُ أَبِي هِنْدٍ ، عَنِ الْوَلِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : صُمْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَمَضَانَ فَلَمْ يَقُمْ بِنَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى بَقِيَ سَبْعٌ مِنَ الشَّهْرِ ، فَقَامَ بِنَا حَتَّى ذَهَبَ نَحْوٌ مِنْ ثُلُثِ اللَّيْلِ ، ثُمَّ كَانَتْ سَادِسَةٌ فَلَمْ يَقُمْ بِنَا ، فَلَمَّا كَانَتِ الْخَامِسَةُ قَامَ بِنَا حَتَّى ذَهَبَ نَحْوٌ مِنْ شَطْرِ اللَّيْلِ ، قُلْنَا : يَا رَسُولَ اللهِ ، لَوْ نَفَلْتَنَا قِيَامَ هَذِهِ اللَّيْلَةِ ، قَالَ : إِنَّ الرَّجُلَ إِذَا صَلَّى مَعَ الإِمَامِ حَتَّى يَنْصَرِفَ حُسِبَ لَهُ قِيَامُ لَيْلَةٍ ، قَالَ : ثُمَّ كَانَتِ الرَّابِعَةُ فَلَمْ يَقُمْ بِنَا ، فَلَمَّا بَقِيَ ثُلُثٌ مِنَ الشَّهْرِ أَرْسَلَ إِلَى بَنَاتِهِ وَنِسَائِهِ ، وَحَشَدَ النَّاسَ ، فَقَامَ بِنَا حَتَّى خَشِينَا أَنْ يَفُوتَنَا الْفَلاَحُ ، ثُمَّ لَمْ يَقُمْ بِنَا شَيْئًا مِنَ الشَّهْرِ ، قَالَ دَاوُدُ : قُلْتُ : مَا الْفَلاَحُ ؟ قَالَ : السُّحُورُ.
“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Ramazan ayının orucunu tutduq. Ramazan ayının son yeddi günü qalana qədər bizimlə (təravih) namazını qılmadı. O, bizimlə gecənin ilk üçdəbiri keçdikdən sonra namaz qıldı. Sonra (ayın axırına) altı gün qaldıqda, yenə bizimlə (təravih) namazını qılmadı. Beş gün qaldıqda və gecənin yarısı keçdikdə, bizimlə (təravih) namazını qıldı. Biz dedik: “Ey Allahın Elçisi, əgər sən istəsəydin, biz bütün gecəni səninlə namaz qıla bilərdik”. O dedi: “Həqiqətən, kim imam namazı bitirənə kimi onunla birlikdə namaz qılarsa, onun üçün bütün gecəni namaz qılmış kimi yazılar”. Sonra dördüncü gecə bizimlə (təravih) namazını qılmadı. Ramazan ayının bitməsinə üç gecə qaldıqda, öz qızlarına və qadınlarına xəbər göndərdi və insanları toplayıb bizimlə (təravih) namazını qıldı. Namazda o qədər dayandıq ki, fələhə gecikməkdən qorxduq. Bundan sonra həmin ay bizimlə (təravih) namazını qılmadı”. Hədisin ravisi Davud dedi: “Fələh nədir?” O dedi: “Sahurdur”.”
İstinad
Nəsəi, 1364 (Səhv, 186)
Sunən ən-Nəsəi — Səhv kitabı