Səhv kitabı

İmamın insanların çiyinləri arasından keçərək getməsinin icazəli olması

أَخْبَرَنَا أَحْمَدُ بْنُ بَكَّارٍ الْحَرَّانِيُّ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ السَّرِيِّ ، عَنْ عُمَرَ بْنِ سَعِيدِ بْنِ أَبِي حُسَيْنٍ النَّوْفَلِيِّ ، عَنْ ابْنِ أَبِي مُلَيْكَةَ ، عَنْ عُقْبَةَ بْنِ الْحَارِثِ ، قَالَ : صَلَّيْتُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعَصْرَ بِالْمَدِينَةِ ، ثُمَّ انْصَرَفَ يَتَخَطَّى رِقَابَ النَّاسِ سَرِيعًا حَتَّى تَعَجَّبَ النَّاسُ لِسُرْعَتِهِ ، فَتَبِعَهُ بَعْضُ أَصْحَابِهِ ، فَدَخَلَ عَلَى بَعْضِ أَزْوَاجِهِ ، ثُمَّ خَرَجَ ، فَقَالَ : إِنِّي ذَكَرْتُ وَأَنَا فِي الْعَصْرِ شَيْئًا مِنْ تِبْرٍ كَانَ عِنْدَنَا ، فَكَرِهْتُ أَنْ يَبِيتَ عِنْدَنَا فَأَمَرْتُ بِقِسْمَتِهِ.

“Rəvayət edilir ki, Uqbə ibn əl-Haris ﵁ demişdir: “Mən Mədinədə Peyğəmbər ﷺ ilə Əsr namazını qıldım. Sonra o, insanların çiyinlərinin arasından sürətlə çıxıb getdi. Bəziləri onun sürətlə çıxıb getməsinə təəccüb etdilər. Bəzi səhabələr onun ardı ilə getdilər. O, zövcələrindən birinin evinə daxil oldu, sonra çıxıb dedi: “Namazda, evimdə (əmanət olaraq verilmiş) bir qədər qızılın olması yadıma düşdü. Mən istəmədim ki, o bizim yanımızda qalsın və əmr etdim ki, onu insanlar arasında bölüşdürsünlər”.”

Uqbə ibn əl-Haris
Səhih

İstinad

Nəsəi, 1365 (Səhv, 187)

Sunən ən-Nəsəi — Səhv kitabı