Namazda işarə edərək salam almaq
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ الْمَكِّيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ زَيْدِ ابْنِ أَسْلَمَ قَالَ : قَالَ ابْنُ عُمَرَ : دَخَلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَسْجِدَ قُبَاءَ لِيُصَلِّيَ فِيهِ ، فَدَخَلَ عَلَيْهِ رِجَالٌ يُسَلِّمُونَ عَلَيْهِ ، فَسَأَلْتُ صُهَيْبًا وَكَانَ مَعَهُ : كَيْفَ كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ إِذَا سُلِّمَ عَلَيْهِ ؟ قَالَ : كَانَ يُشِيرُ بِيَدِهِ.
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ Qubə məscidinə namaz qılmaq üçün gəlmişdi. Bu zaman ora başqa insanlar gələr və ona salam verərdilər. Mən onun yanında olan Suheybdən soruşdum: “Peyğəmbər ﷺ ona verilən salamları necə alırdı?” O dedi: “Əli ilə işarə edərdi”.”
İstinad
Nəsəi, 1187 (Səhv, 9)
Sunən ən-Nəsəi — Səhv kitabı