Salavatın başqa bir növü
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، قَالَ : حَدَّثَنَا مُجَمِّعُ بْنُ يَحْيَى ، عَنْ عُثْمَانَ بْنِ مَوْهَبٍ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : قُلْنَا : يَا رَسُولَ اللهِ ، كَيْفَ الصَّلاَةُ عَلَيْكَ ؟ قَالَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ وَآلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ وَآلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ.
“Musa ibn Talhə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz dedik: “Ey Allahın Elçisi, sənə salavatı necə edək?” O dedi: “Deyin: “Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən! İbrahimə və İbrahimin ailəsinə bərəkət verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən!””
İstinad
Nəsəi, 1290 (Səhv, 112)
Sunən ən-Nəsəi — Səhv kitabı