Səhv kitabı

Salavatın başqa bir növü

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ شُعْبَةَ ، عَنِ الْحَكَمِ ، عَنْ ابْنِ أَبِي لَيْلَى ، قَالَ : قَالَ لِي كَعْبُ بْنُ عُجْرَةَ : أَلاَ أُهْدِي لَكَ هَدِيَّةً ؟ قُلْنَا : يَا رَسُولَ اللهِ ، قَدْ عَرَفْنَا كَيْفَ السَّلاَمُ عَلَيْكَ ، فَكَيْفَ نُصَلِّي عَلَيْكَ ؟ قَالَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ.

“Rəvayət edilir ki, İbn Əbu Leyla ﵁ demişdir: “Kəb ibn Ucra mənə belə dedi: “Sənə bir hədiyyə edimmi?” (Sonra bu hədisi danışdı): “Biz dedik: “Ey Allahın Elçisi, biz sənə salam deməyin necə olduğunu bildik. Bəs sənə salavatı necə deyək?” O dedi: “Deyin: “Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən! Allahım! İbrahimin ailəsinə bərəkət verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən!””

İbn Əbu Leyla
Səhih

İstinad

Nəsəi, 1289 (Səhv, 111)

Sunən ən-Nəsəi — Səhv kitabı