Səhv kitabı

İki rükətdən sonra unudaraq namazı bitirən və danışan nə etməlidir?

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ عَوْنٍ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، قَالَ : قَالَ أَبُو هُرَيْرَةَ : صَلَّى بِنَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِحْدَى صَلاَتَيِ الْعَشِيِّ ، قَالَ : قَالَ أَبُو هُرَيْرَةَ : وَلَكِنِّي نَسِيتُ ، قَالَ : فَصَلَّى بِنَا رَكْعَتَيْنِ ، ثُمَّ سَلَّمَ ، فَانْطَلَقَ إِلَى خَشَبَةٍ مَعْرُوضَةٍ فِي الْمَسْجِدِ ، فَقَالَ بِيَدِهِ عَلَيْهَا كَأَنَّهُ غَضْبَانُ ، وَخَرَجَتِ السَّرَعَانُ مِنْ أَبْوَابِ الْمَسْجِدِ ، فَقَالُوا : قُصِرَتِ الصَّلاَةُ وَفِي الْقَوْمِ أَبُو بَكْرٍ وَعُمَرُ رَضِيَ اللَّهُ عَنْهُمَا ، فَهَابَاهُ أَنْ يُكَلِّمَاهُ وَفِي الْقَوْمِ رَجُلٌ فِي يَدَيْهِ طُولٌ ، قَالَ : كَانَ يُسَمَّى ذَا الْيَدَيْنِ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَنَسِيتَ أَمْ قُصِرَتِ الصَّلاَةُ ؟ قَالَ : لَمْ أَنْسَ ، وَلَمْ تُقْصَرِ الصَّلاَةُ ، قَالَ : وَقَالَ : أَكَمَا قَالَ ذُو الْيَدَيْنِ ؟ ، قَالُوا : نَعَمْ ، فَجَاءَ فَصَلَّى الَّذِي كَانَ تَرَكَهُ ثُمَّ سَلَّمَ ، ثُمَّ كَبَّرَ فَسَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَكَبَّرَ ، ثُمَّ كَبَّرَ ، ثُمَّ سَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، ثُمَّ كَبَّرَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ bizə günorta namazlarından birini qıldırdı. Hansı namaz olduğunu unutdum. O, bizə iki rükət qıldırdı, sonra da salam verdi. Məscidin bir tərəfində yığılmış taxta parçalarına tərəf getdi, sanki qəzəbli halda olaraq əlini taxtaya qoydu. İnsanlar tələsik məscidin qapısından çıxıb: “Namaz qısaldı”- dedilər. Əbu Bəkr və Ömər ﵄ bu camaatın arasında idi. Onlar bu haqda danışmaqdan çəkindilər. Camaat arasında Zul-Yədeyn adı ilə çağırılan uzun əli olan bir kişi dedi: “Ey Allahın Elçisi! Sən unutdun, yoxsa namaz qısaldı?” O dedi: “Nə unutdum, nə də namaz qısaldı”. Sonra camaatdan soruşdu: “Zul-Yədeyn dediyi kimidirmi?” Onlar: “Bəli!”- dedilər. Allah Elçisi ﷺ gəlib unutduğu hissəni qıldı, sonra salam verdi. Sonra təkbir edib onun kimi və ya ondan bir az uzun səcdə etdi. Sonra başını qaldırdı və təkbir etdi. Sonra təkbir edib onun kimi və ya ondan bir az uzun səcdə etdi. Sonra başını qaldırdı və təkbir etdi”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 1224 (Səhv, 46)

Sunən ən-Nəsəi — Səhv kitabı