Səhv kitabı

İki rükətdən sonra unudaraq namazı bitirən və danışan nə etməlidir?

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، قَالَ : حَدَّثَنِي أَيُّوبُ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ انْصَرَفَ مِنَ اثْنَتَيْنِ ، فَقَالَ لَهُ ذُو الْيَدَيْنِ : أَقُصِرَتِ الصَّلاَةُ أَمْ نَسِيتَ يَا رَسُولَ اللهِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَصَدَقَ ذُو الْيَدَيْنِ ؟ فَقَالَ النَّاسُ : نَعَمْ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى اثْنَتَيْنِ ، ثُمَّ سَلَّمَ ، ثُمَّ كَبَّرَ فَسَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ثُمَّ سَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ثُمَّ رَفَعَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ iki rükətdən sonra namazı bitirdi. Zul-Yədeyn ona dedi: “Namaz qısaldı, yoxsa sən unutdun, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ dedi: “Zul-Yədeyn düz deyirmi?” İnsanlar: “Bəli!”- dedilər. Allah Elçisi ﷺ qalxıb iki rükət qıldı, sonra salam verdi, sonra təkbir edib əvvəl etdiyi kimi və ya ondan uzun səcdə etdi, sonra başını qaldırdı. Sonra yenə əvvəl etdiyi kimi və ya ondan uzun səcdə etdi, sonra da başını qaldırdı”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 1225 (Səhv, 47)

Sunən ən-Nəsəi — Səhv kitabı