İki rükətdən sonra unudaraq namazı bitirən və danışan nə etməlidir?
أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ دَاوُدَ بْنِ الْحُصَيْنِ ، عَنْ أَبِي سُفْيَانَ ، مَوْلَى ابْنِ أَبِي أَحْمَدَ أَنَّهُ قَالَ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : صَلَّى لَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْعَصْرِ ، فَسَلَّمَ فِي رَكْعَتَيْنِ ، فَقَامَ ذُو الْيَدَيْنِ ، فَقَالَ : أَقُصِرَتِ الصَّلاَةُ يَا رَسُولَ اللهِ أَمْ نَسِيتَ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : كُلُّ ذَلِكَ لَمْ يَكُنْ ، فَقَالَ : قَدْ كَانَ بَعْضُ ذَلِكَ يَا رَسُولَ اللهِ ، فَأَقْبَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى النَّاسِ ، فَقَالَ : أَصَدَقَ ذُو الْيَدَيْنِ ؟ فَقَالُوا : نَعَمْ ، فَأَتَمَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا بَقِيَ مِنَ الصَّلاَةِ ، ثُمَّ سَجَدَ سَجْدَتَيْنِ وَهُوَ جَالِسٌ بَعْدَ التَّسْلِيمِ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə Əsr namazını qıldırdı. İki rükət qılıb salam verdi. Zul-Yədeyn qalxıb dedi: “Namaz qısaldıldı, yoxsa unutdun, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ: “Bunlardan heç biri olmayıb”- dedi. O dedi: “Bunlardan biri baş verdi, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ insanlara tərəf çevrilib dedi: “Zul-Yədeyn düz deyir?” Onlar: “Bəli!”- dedilər. Allah Elçisi ﷺ namazdan qalan hissələri tamamladı. Sonra oturduğu halda salamdan sonra iki dəfə səcdə etdi”.”
İstinad
Nəsəi, 1226 (Səhv, 48)
Sunən ən-Nəsəi — Səhv kitabı