Salavatın başqa bir növü
أَخْبَرَنَا سَعِيدُ بْنُ يَحْيَى بْنِ سَعِيدٍ الأُمَوِيُّ ، فِي حَدِيثِهِ ، عَنْ أَبِيهِ ، عَنْ عُثْمَانَ بْنِ حَكِيمٍ ، عَنْ خَالِدِ بْنِ سَلَمَةَ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، قَالَ : سَأَلْتُ زَيْدَ بْنَ خَارِجَةَ قَالَ : أَنَا سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : صَلُّوا عَلَيَّ وَاجْتَهِدُوا فِي الدُّعَاءِ ، وَقُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ.
“Rəvayət edilir ki, Əbu Musa ibn Talhə ﵀ demişdir: “Mən Zeyd ibn Xaricədən soruşdum: “Mən Allah Elçisinə ﷺ necə salavat edim?” O dedi: “Mən də bunu Peyğəmbərdən ﷺ soruşmuşdum. O dedi: “Mənə salavat deyin, duanı da çox etməyə çalışın və deyin: “Allahım! Muhəmmədə və Muhəmmədin ailəsinə xeyir-dua ver!””
İstinad
Nəsəi, 1292 (Səhv, 114)
Sunən ən-Nəsəi — Səhv kitabı