Səhv kitabı

Namazda göyə baxmağın qadağan olması

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، وَشُعَيْبُ بْنُ يُوسُفَ ، عَنْ يَحْيَى وَهُوَ ابْنُ سَعِيدٍ الْقَطَّانُ ، عَنْ ابْنِ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَا بَالُ أَقْوَامٍ يَرْفَعُونَ أَبْصَارَهُمْ إِلَى السَّمَاءِ فِي صَلاَتِهِمْ ، فَاشْتَدَّ قَوْلُهُ فِي ذَلِكَ حَتَّى قَالَ : لَيَنْتَهُنَّ عَنْ ذَلِكَ أَوْ لَتُخْطَفَنَّ أَبْصَارُهُمْ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bu camaata nə olur ki, namazda göyə baxırlar?!” Onun bu məsələyə aid sözü şiddətləndi və o dedi: “Ya onlar bu işi tərk edəcəklər, ya da onlar kor olacaqlar”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Nəsəi, 1193 (Səhv, 15)

Sunən ən-Nəsəi — Səhv kitabı