Səhv kitabı

Namazı bitirdikdən sonra edilən başqa bir zikr

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنِ الْمُسَيَّبِ أَبِي الْعَلاَءِ ، عَنْ وَرَّادٍ ، قَالَ : كَتَبَ الْمُغِيرَةُ بْنُ شُعْبَةَ إِلَى مُعَاوِيَةَ : أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ دُبُرَ الصَّلاَةِ إِذَا سَلَّمَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، اللَّهُمَّ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ ، وَلاَ مُعْطِيَ لِمَا مَنَعْتَ ، وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ.

“Rəvayət edilir ki, Varrad demişdir: “əl-Muğira ibn Şöbə Muaviyəyə məktub yazaraq dedi: “Həqiqətən, Allah Elçisi namazda salamdan sonra deyərdi: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək bir kəs yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz!””

Varrad
Səhih

İstinad

Nəsəi, 1342 (Səhv, 164)

Sunən ən-Nəsəi — Səhv kitabı