Namazın sonuncu rükətində oturuş qaydası
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَاصِمِ بْنِ كُلَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ وَائِلِ بْنِ حُجْرٍ ، قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَرْفَعُ يَدَيْهِ إِذَا افْتَتَحَ الصَّلاَةَ ، وَإِذَا رَكَعَ ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ ، وَإِذَا جَلَسَ أَضْجَعَ الْيُسْرَى ، وَنَصَبَ الْيُمْنَى ، وَوَضَعَ يَدَهُ الْيُسْرَى عَلَى فَخِذِهِ الْيُسْرَى ، وَيَدَهُ الْيُمْنَى عَلَى فَخِذِهِ الْيُمْنَى ، وَعَقَدَ ثِنْتَيْنِ الْوُسْطَى وَالإِبْهَامَ وَأَشَارَ.
“Rəvayət edilir ki, Vail ibn Hucr ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ namaza başladıqda, ruku etdikdə və başını rukudan qaldırdıqda əllərini qaldırdığını gördüm. Oturduqda sol ayağını yayar, sağ ayağını isə dik qoyardı. Sol əlini sol budunun üzərinə, sağ əlini sağ budunun üzərinə qoyar, orta və baş barmağını birləşdirər, (şəhadət barmağı ilə) işarə edərdi”.”
İstinad
Nəsəi, 1263 (Səhv, 85)
Sunən ən-Nəsəi — Səhv kitabı