Səhv kitabı

Namazda salam verdikdən sonra “Lə: ilə:hə illəllah” demək

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ شُجَاعٍ الْمَرُّوذِيُّ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنِ الْحَجَّاجِ بْنِ أَبِي عُثْمَانَ ، قَالَ : حَدَّثَنِي أَبُو الزُّبَيْرِ ، قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ الزُّبَيْرِ يُحَدِّثُ عَلَى هَذَا الْمِنْبَرِ ، وَهُوَ يَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا سَلَّمَ يَقُولُ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ لاَ نَعْبُدُ إِلاَّ إِيَّاهُ ، أَهْلَ النِّعْمَةِ وَالْفَضْلِ وَالثَّنَاءِ الْحَسَنِ ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ.

“Abdullah ibn əz-Zubeyrin ﵄ minbərdə belə dediyi rəvayət olunur: “Allah Elçisi ﷺ namazı bitirib salam verdikdə, deyərdi: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allahdadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Biz yalnız Ona ibadət edirik! Nemət Onundur, lütf Onundur və gözəl tərif Onadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edirik!””

Abdullah ibn əz-Zubeyr
Səhih

İstinad

Nəsəi, 1339 (Səhv, 161)

Sunən ən-Nəsəi — Səhv kitabı