Salavatın başqa bir növü
أَخْبَرَنَا الْقَاسِمُ بْنُ زَكَرِيَّا بْنِ دِينَارٍ ، مِنْ كِتَابِهِ ، قَالَ : حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِيٍّ ، عَنْ زَائِدَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنْ كَعْبِ بْنِ عُجْرَةَ قَالَ : قُلْنَا : يَا رَسُولَ اللهِ ، السَّلاَمُ عَلَيْكَ قَدْ عَرَفْنَاهُ ، فَكَيْفَ الصَّلاَةُ ؟ قَالَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ، قَالَ ابْنُ أَبِي لَيْلَى : وَنَحْنُ نَقُولُ ، وَعَلَيْنَا مَعَهُمْ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : حَدَّثَنَا بِهِ مِنْ كِتَابِهِ وَهَذَا خَطَأٌ.
“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “Biz dedik: “Ey Allahın Elçisi, sənə salam deməyi artıq bilirik. Bəs sənə salavatı necə deyək?” O dedi: “Deyin: “Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən! Allahım! İbrahimin ailəsinə bərəkət verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən!” İbn Əbu Leyla dedi: “Biz də deyirik ki, onlarla bərabər bizim də üzərimizə (dualar olsun)”. Əbu Abdur-Rahmən dedi: “O, bunu bizə öz kitabından danışdı və bu, səhvdir”.”
İstinad
Nəsəi, 1287 (Səhv, 109)
Sunən ən-Nəsəi — Səhv kitabı