Səhv kitabı

Namaz əsnasında ehtiyac olarsa, (boynu çevirmədən) sağa və sola çevrilməyin icazəli olması

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ أَنَّهُ قَالَ : اشْتَكَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَصَلَّيْنَا وَرَاءَهُ وَهُوَ قَاعِدٌ ، وَأَبُو بَكْرٍ يُكَبِّرُ يُسْمِعُ النَّاسَ تَكْبِيرَهُ ، فَالْتَفَتَ إِلَيْنَا فَرَآنَا قِيَامًا ، فَأَشَارَ إِلَيْنَا فَقَعَدْنَا ، فَصَلَّيْنَا بِصَلاَتِهِ قُعُودًا ، فَلَمَّا سَلَّمَ قَالَ : إِنْ كُنْتُمْ آنِفًا تَفْعَلُونَ فِعْلَ فَارِسَ وَالرُّومِ يَقُومُونَ عَلَى مُلُوكِهِمْ وَهُمْ قُعُودٌ فَلاَ تَفْعَلُوا ، ائْتَمُّوا بِأَئِمَّتِكُمْ إِنْ صَلَّى قَائِمًا فَصَلُّوا قِيَامًا ، وَإِنْ صَلَّى قَاعِدًا فَصَلُّوا قُعُودًا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ xəstələnmişdi. Biz onun arxasında namaz qılırdıq. O, (xəstə olduğu üçün) oturduğu halda namaz qılırdı. Əbu Bəkr təkbir edər və təkbir etməyini insanlara eşitdirərdi. Allah Elçisi ﷺ bizə tərəf çevrildi və bizim ayaq üstə namaz qıldığımızı gördü. O, bizə oturmağımız üçün işarə etdi. Biz də oturduq və onun arxasında oturmuş halda namaz qıldıq. Allah Elçisi ﷺ salam verib namazı bitirdikdə dedi: “Siz Farsların və Rumluların etdiyi kimi edirdiniz. Onların padşahları oturduqları halda onlar ayaq üstə dayanardılar. Belə etməyin! Öz imamlarınıza tabe olun. Əgər o, ayaq üstə namaz qılsa, siz də ayaq üstə namaz qılın. O, oturaraq namaz qılsa, siz də oturaraq namaz qılın”.”

Cabir
Səhih

İstinad

Nəsəi, 1200 (Səhv, 22)

Sunən ən-Nəsəi — Səhv kitabı