Təşəhhüddə oxunacaq başqa bir dua
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ هِشَامٍ ، عَنْ قَتَادَةَ (ح) وَأَنْبَأَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، قَالَ : حَدَّثَنَا قَتَادَةُ ، عَنْ يُونُسَ بْنِ جُبَيْرٍ ، عَنْ حِطَّانَ بْنِ عَبْدِ اللهِ ، أَنَّ الأَشْعَرِيَّ قَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَطَبَنَا فَعَلَّمَنَا سُنَّتَنَا وَبَيَّنَ لَنَا صَلاَتَنَا ، فَقَالَ : إِذَا قُمْتُمْ إِلَى الصَّلاَةِ فَأَقِيمُوا صُفُوفَكُمْ ، ثُمَّ لِيَؤُمَّكُمْ أَحَدُكُمْ ، فَإِذَا كَبَّرَ فَكَبِّرُوا ، وَإِذَا قَالَ : {وَلاَ الضَّالِّينَ} ، فَقُولُوا : آمِينَ ، يُجِبْكُمُ اللَّهُ ، ثُمَّ إِذَا كَبَّرَ وَرَكَعَ ، فَكَبِّرُوا وَارْكَعُوا ، فَإِنَّ الإِمَامَ يَرْكَعُ قَبْلَكُمْ وَيَرْفَعُ قَبْلَكُمْ ، قَالَ نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَتِلْكَ بِتِلْكَ ، وَإِذَا قَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ فَقُولُوا : اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ ، فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَالَ عَلَى لِسَانِ نَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، ثُمَّ إِذَا كَبَّرَ وَسَجَدَ ، فَكَبِّرُوا وَاسْجُدُوا ، فَإِنَّ الإِمَامَ يَسْجُدُ قَبْلَكُمْ وَيَرْفَعُ قَبْلَكُمْ ، قَالَ نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَتِلْكَ بِتِلْكَ ، وَإِذَا كَانَ عِنْدَ الْقَعْدَةِ فَلْيَكُنْ مِنْ قَوْلِ أَحَدِكُمْ أَنْ يَقُولَ : التَّحِيَّاتُ الطَّيِّبَاتُ الصَّلَوَاتُ لِلَّهِ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ.
“Rəvayət edilir ki, əl-Əşari ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə xütbə dedi, sünnəni və namazı öyrətdi. O dedi: “Namaza durduqda, saflarınızı düz tutun. Sonra sizdən biriniz namazda imamlıq etsin. İmam təkbir etdikdə, siz də təkbir edin. O: “Vələdda:lli:n!”- dedikdə, siz: “Amin”- deyin. Allah sizə cavab verər. Sonra təkbir edib ruku etdikdə, siz də təkbir edib ruku edin. Həqiqətən, imam sizdən qabaq ruku edir və sizdən qabaq rukudan qalxır”. Allahın Peyğəmbəri ﷺ dedi: “Siz də belə edin!” İmam: “Səmi Alla:hu limən həmidəh - (Allah Ona həmd edəni eşitdi)” dedikdə, siz deyin: “Alla:hummə, Rabbənə: ləkəl-həmd!” Həqiqətən, Allah ﷿ Öz Peyğəmbərinin ﷺ dili ilə: “Allah Ona həmd edəni eşitdi” demişdir. Sonra imam təkbir edib səcdə etdikdə, siz də təkbir edib səcdə edin. İmam sizdən qabaq səcdə edir və sizdən qabaq səcdədən qalxır”. Allahın Peyğəmbəri ﷺ dedi: “Siz də belə edin! Təşəhhüdə oturduqda sizin ilk sözünüz belə olsun: “Salamlar, gözəl şeylər və dualar Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!””
İstinad
Nəsəi, 1280 (Səhv, 102)
Sunən ən-Nəsəi — Səhv kitabı