Namazdan sonra ediləcək başqa bir dua
أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَفْصِ بْنِ عَبْدِ اللهِ النَّيْسَابُورِيُّ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : حَدَّثَنِي إِبْرَاهِيمُ ، يَعْنِي ابْنَ طَهْمَانَ ، عَنِ الْحَجَّاجِ بْنِ الْحَجَّاجِ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ أَبِي عَلْقَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ سَبَّحَ فِي دُبُرِ صَلاَةِ الْغَدَاةِ مِئَةَ تَسْبِيحَةٍ ، وَهَلَّلَ مِئَةَ تَهْلِيلَةٍ ، غُفِرَتْ لَهُ ذُنُوبُهُ ، وَلَوْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْرِ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Sübh namazından sonra yüz dəfə “Subhən-Allah” və yüz dəfə “Lə iləhə illəllah” deyərsə, dənizdə olan köpüklər qədər olsa belə, günahları bağışlanar”.”
İstinad
Nəsəi, 1354 (Səhv, 176)
Sunən ən-Nəsəi — Səhv kitabı