Səhv kitabı

Təsbihləri saymağın başqa növü

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا عَتَّابٌ هُوَ ابْنُ بَشِيرٍ ، عَنْ خُصَيْفٍ ، عَنْ عِكْرِمَةَ ، وَمُجَاهِدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : جَاءَ الْفُقَرَاءُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالُوا : يَا رَسُولَ اللهِ ، إِنَّ الأَغْنِيَاءَ يُصَلُّونَ كَمَا نُصَلِّي ، وَيَصُومُونَ كَمَا نَصُومُ ، وَلَهُمْ أَمْوَالٌ يَتَصَدَّقُونَ وَيُنْفِقُونَ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا صَلَّيْتُمْ فَقُولُوا : سُبْحَانَ اللهِ ثَلاَثًا وَثَلاَثِينَ ، وَالْحَمْدُ لِلَّهِ ثَلاَثًا وَثَلاَثِينَ ، وَاللَّهُ أَكْبَرُ ثَلاَثًا وَثَلاَثِينَ ، وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ عَشْرًا ، فَإِنَّكُمْ تُدْرِكُونَ بِذَلِكَ مَنْ سَبَقَكُمْ ، وَتَسْبِقُونَ مَنْ بَعْدَكُمْ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Kasıblar Allah Elçisinin ﷺ yanına gəlib dedilər: “Ey Allahın Elçisi! Varlılar da bizim kimi namaz qılır, bizim kimi oruc tuturlar, lakin onların mal-dövlətləri də var və (ondan) sədəqə verirlər və (Allah yolunda) xərcləyirlər”. Allah Elçisi ﷺ dedi: “Namaz qıldıqda otuz üç dəfə “Subhən-Allah”, otuz üç dəfə “Əlhəmdulilləh”, otuz üç dəfə “Allahu Əkbər” və on dəfə “Lə iləhə illəllah” deyin! Bununla həm savab qazanmaq cəhətdən sizdən qabaqda olanlara çatar, həm də sizdən sonrakıları keçərsiniz”.”

İbn Abbas
Zəif

İstinad

Nəsəi, 1353 (Səhv, 175)

Sunən ən-Nəsəi — Səhv kitabı