İki rükətdən sonra unudaraq namazı bitirən və danışan nə etməlidir?
أَخْبَرَنَا عِيسَى بْنُ حَمَّادٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ عِمْرَانَ بْنِ أَبِي أَنَسٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى يَوْمًا ، فَسَلَّمَ فِي رَكْعَتَيْنِ ، ثُمَّ انْصَرَفَ ، فَأَدْرَكَهُ ذُو الشِّمَالَيْنِ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَنُقِصَتِ الصَّلاَةُ أَمْ نَسِيتَ ؟ فَقَالَ : لَمْ تُنْقَصِ الصَّلاَةُ وَلَمْ أَنْسَ ، قَالَ : بَلَى وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَصَدَقَ ذُو الْيَدَيْنِ ؟ قَالُوا : نَعَمْ فَصَلَّى بِالنَّاسِ رَكْعَتَيْنِ.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir gün namaz qıldı, ikinci rükətdə salam verdi, sonra dönüb getdi. Zuş-Şiməleyn ona çatıb dedi: “Ey Allahın Elçisi, namaz qısaldı, yoxsa sən unutdun?” O dedi: “Nə namaz qısaldı, nə də mən unutdum”. Səhabə dedi: “Əksinə, səni haqq ilə Göndərənə and olsun ki, (sən qısaltdın və ya unutdun)”. Allah Elçisi ﷺ dedi: “Zul-Yədeyn düz deyirmi?” İnsanlar: “Bəli!”- dedilər. Allah Elçisi ﷺ də camaatla birlikdə qalan iki rükəti tamamladı.”
İstinad
Nəsəi, 1228 (Səhv, 50)
Sunən ən-Nəsəi — Səhv kitabı