Səhv kitabı

İmam salam verdikdə, ona tabe olanların da salam vermələri

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ أَخْبَرَهُ ، قَالَ : أَخْبَرَنِي مَحْمُودُ بْنُ الرَّبِيعِ ، قَالَ : سَمِعْتُ عِتْبَانَ بْنَ مَالِكٍ يَقُولُ : كُنْتُ أُصَلِّي بِقَوْمِي بَنِي سَالِمٍ ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ : إِنِّي قَدْ أَنْكَرْتُ بَصَرِي ، وَإِنَّ السُّيُولَ تَحُولُ بَيْنِي وَبَيْنَ مَسْجِدِ قَوْمِي ، فَلَوَدِدْتُ أَنَّكَ جِئْتَ فَصَلَّيْتَ فِي بَيْتِي مَكَانًا أَتَّخِذُهُ مَسْجِدًا ، قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : سَأَفْعَلُ إِنْ شَاءَ اللَّهُ ، فَغَدَا عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ مَعَهُ بَعْدَ مَا اشْتَدَّ النَّهَارُ ، فَاسْتَأْذَنَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَذِنْتُ لَهُ ، فَلَمْ يَجْلِسْ حَتَّى قَالَ : أَيْنَ تُحِبُّ أَنْ أُصَلِّيَ مِنْ بَيْتِكَ ؟ فَأَشَرْتُ لَهُ إِلَى الْمَكَانِ الَّذِي أُحِبُّ أَنْ يُصَلِّيَ فِيهِ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَصَفَفْنَا خَلْفَهُ ، ثُمَّ سَلَّمَ وَسَلَّمْنَا حِينَ سَلَّمَ.

“Rəvayət edilir ki, İtban ibn Malik ﵁ demişdir: “Mənim tayfam olan Bəni Səlim tayfasına namaz qıldırırdım. Bir dəfə Allah Elçisinin ﷺ yanına gəlib dedim: “Mən görmə qabiliyyətini itirmişəm, tayfamın məscidi ilə evimin arasından da sel axır. Mən istəyirəm ki, sən gəlib mənim evimdə namaz qılasan, mən də həmin yeri məscid edim”. Peyğəmbər ﷺ dedi: “Allahın izni ilə mən bunu edərəm”. Səhər açıldıqda Allah Elçisi ﷺ Əbu Bəkrlə ﵁ birlikdə gəldi. Günorta olmuşdu. Peyğəmbər ﷺ məndən (evimə girmək üçün) izin istədi, mən də ona izin verdim. Oturmamışdan qabaq mənə dedi: “Sənin evinin harasında namaz qılmağımı istəyirsən?” Mən də ona namaz qılmağını istədiyim yeri göstərdim. Allah Elçisi ﷺ qalxdı, biz də onun arxasında səfə düzüldük. O, (namazı bitirib) salam verdikdən sonra biz də salam verdik”.”

İtban ibn Malik
Səhih

İstinad

Nəsəi, 1327 (Səhv, 149)

Sunən ən-Nəsəi — Səhv kitabı