Namazda salam verdikdə əllərin qoyulduğu yer
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، عَنْ مِسْعَرٍ ، عَنْ عُبَيْدِ اللهِ ابْنِ الْقِبْطِيَّةِ ، قَالَ : سَمِعْتُ جَابِرَ بْنَ سَمُرَةَ يَقُولُ : كُنَّا إِذَا صَلَّيْنَا خَلْفَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قُلْنَا : السَّلاَمُ عَلَيْكُمْ ، السَّلاَمُ عَلَيْكُمْ - وَأَشَارَ مِسْعَرٌ بِيَدِهِ عَنْ يَمِينِهِ وَعَنْ شِمَالِهِ - فَقَالَ : مَا بَالُ هَؤُلاَءِ الَّذِينَ يَرْمُونَ بِأَيْدِيهِمْ كَأَنَّهَا أَذْنَابُ الْخَيْلِ الشُّمُسِ ، أَمَا يَكْفِي أَنْ يَضَعَ يَدَهُ عَلَى فَخِذِهِ ، ثُمَّ يُسَلِّمُ عَلَى أَخِيهِ عَنْ يَمِينِهِ وَعَنْ شِمَالِهِ.
“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ arxasında namaz qılaraq “əs-Sələ:mu aleykum, əs-Sələ:mu aleykum” deyərdik. Bu zaman Mis'ar əli ilə sağa və sola işarə edirdi. Peyğəmbər ﷺ buyurdu: “Bu insanlara nə olur ki, əlləri ilə tərpənən at quyruğu kimi işarə edirlər. Məgər onlara əllərini budlarının üzərinə qoymaq kifayət etməzdimi?! Sonra sağ və sol tərəfdə olan qardaşına salam versinlər”.”
İstinad
Nəsəi, 1318 (Səhv, 140)
Sunən ən-Nəsəi — Səhv kitabı