Namazı bitirib salam verdikdən sonra alında olan torpağı silməmək
أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا بَكْرٌ وَهُوَ ابْنُ مُضَرَ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُجَاوِرُ فِي الْعَشْرِ الَّذِي فِي وَسَطِ الشَّهْرِ ، فَإِذَا كَانَ مِنْ حِينِ يَمْضِي عِشْرُونَ لَيْلَةً وَيَسْتَقْبِلُ إِحْدَى وَعِشْرِينَ يَرْجِعُ إِلَى مَسْكَنِهِ ، وَيَرْجِعُ مَنْ كَانَ يُجَاوِرُ مَعَهُ ، ثُمَّ إِنَّهُ أَقَامَ فِي شَهْرٍ جَاوَرَ فِيهِ تِلْكَ اللَّيْلَةَ الَّتِي كَانَ يَرْجِعُ فِيهَا ، فَخَطَبَ النَّاسَ ، فَأَمَرَهُمْ بِمَا شَاءَ اللَّهُ ثُمَّ قَالَ : إِنِّي كُنْتُ أُجَاوِرُ هَذِهِ الْعَشْرَ ، ثُمَّ بَدَا لِي أَنْ أُجَاوِرَ هَذِهِ الْعَشْرَ الأَوَاخِرَ ، فَمَنْ كَانَ اعْتَكَفَ مَعِي ، فَلْيَثْبُتْ فِي مُعْتَكَفِهِ ، وَقَدْ رَأَيْتُ هَذِهِ اللَّيْلَةَ فَأُنْسِيتُهَا ، فَالْتَمِسُوهَا فِي الْعَشْرِ الأَوَاخِرِ فِي كُلِّ وَتْرٍ ، وَقَدْ رَأَيْتُنِي أَسْجُدُ فِي مَاءٍ وَطِينٍ ، قَالَ أَبُو سَعِيدٍ : مُطِرْنَا لَيْلَةَ إِحْدَى وَعِشْرِينَ ، فَوَكَفَ الْمَسْجِدُ فِي مُصَلَّى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَنَظَرْتُ إِلَيْهِ وَقَدِ انْصَرَفَ مِنْ صَلاَةِ الصُّبْحِ ، وَوَجْهُهُ مُبْتَلٌّ طِينًا وَمَاءً.
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ Ramazan ayının ortasında etikaf edərdi. İyirminci gecəni məsciddə keçirər, iyirmi birinci gün evinə qayıdardı. Onunla birlikdə etikaf edənlər də belə edərdilər. Sonra o, evinə qayıtdığı gecə qalxıb insanlara xütbə verdi və Allahın ona əmr etdiklərini insanlara xəbər verərək dedi: “Mən (Ramazan ayının) orta on günündə etikaf edirdim. Sonra mənə bildirildi ki, etikafı axırıncı on gündə edim. Mənimlə birlikdə etikaf edənlər öz etikaflarında qalsınlar. Mən bunu gecə (Qədr gecəsinin hansı gündə olduğunu yuxuda) gördüm, lakin bu mənə unutduruldu. Onu axırıncı on günün tək günlərində axtarın. Mən (yuxuda) su və palçıq üzərinə səcdə etdiyimi görmüşəm”. Əbu Səid deyir: “İyirmi birinci gecə yağış yağdı. Allah Elçisinin ﷺ məscidində namaz qıldığı yerə su yığılmışdı. Allah Elçisi ﷺ namazı bitirdikdən sonra onun üzünə diqqət etdim, onun alnı palçıq və suya bulaşmışdı”.”
İstinad
Nəsəi, 1356 (Səhv, 178)
Sunən ən-Nəsəi — Səhv kitabı