Namazda düzgün olanı aydınlaşdırmaq haqda
أَخْبَرَنَا الْحَسَنُ بْنُ إِسْمَعِيلَ بْنِ سُلَيْمَانَ الْمُجَالِدِيُّ ، قَالَ : حَدَّثَنَا الْفُضَيْلُ ، يَعْنِي ابْنَ عِيَاضٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةً فَزَادَ فِيهَا أَوْ نَقَصَ ، فَلَمَّا سَلَّمَ قُلْنَا : يَا نَبِيَّ اللهِ ، هَلْ حَدَثَ فِي الصَّلاَةِ شَيْءٌ ؟ قَالَ : وَمَا ذَاكَ ؟ فَذَكَرْنَا لَهُ الَّذِي فَعَلَ فَثَنَى رِجْلَهُ ، فَاسْتَقْبَلَ الْقِبْلَةَ ، فَسَجَدَ سَجْدَتَيِ السَّهْوِ ، ثُمَّ أَقْبَلَ عَلَيْنَا بِوَجْهِهِ ، فَقَالَ : لَوْ حَدَثَ فِي الصَّلاَةِ شَيْءٌ لأَنْبَأْتُكُمْ بِهِ ، ثُمَّ قَالَ : إِنَّمَا أَنَا بَشَرٌ أَنْسَى كَمَا تَنْسَوْنَ ، فَأَيُّكُمْ شَكَّ فِي صَلاَتِهِ شَيْئًا فَلْيَتَحَرَّ الَّذِي يَرَى أَنَّهُ صَوَابٌ ، ثُمَّ يُسَلِّمْ ، ثُمَّ يَسْجُدْ سَجْدَتَيِ السَّهْوِ.
“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ namaz qıldı və namazda artırdı və ya əskiltdi. O, salam verdikdən sonra biz dedik: “Ey Allahın Peyğəmbəri, namazda bir dəyişiklik baş veribmi?” O dedi: “Nə baş verib ki?” Biz də ona bundan qabaq etdiyini xatırlatdıq. O, ayaqlarını bitişdirərək qibləyə tərəf çevrildi və səhv səcdəsi etdi. Sonra bizə tərəf çevrilib dedi: “Əgər namazda bir dəyişiklik baş versəydi, mən onu sizə mütləq xəbər verərdim”. Sonra dedi: “Həqiqətən, mən bəşərəm, sizin unutduğunuz kimi unuduram. Sizdən biriniz namazda şəkk etsə (artırsa və ya əskiltsə), hansının daha düzgün olduğunu müəyyənləşdirsin, sonra salam verib iki dəfə səhv səcdəsi etsin”.”
İstinad
Nəsəi, 1243 (Səhv, 65)
Sunən ən-Nəsəi — Səhv kitabı