Səhv kitabı

Namazda düzgün olanı aydınlaşdırmaq haqda

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ مِسْعَرٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَزَادَ أَوْ نَقَصَ ، فَلَمَّا سَلَّمَ قُلْنَا : يَا رَسُولَ اللهِ ، هَلْ حَدَثَ فِي الصَّلاَةِ شَيْءٌ ؟ قَالَ : لَوْ حَدَثَ فِي الصَّلاَةِ شَيْءٌ أَنْبَأْتُكُمُوهُ ، وَلَكِنِّي إِنَّمَا أَنَا بَشَرٌ أَنْسَى كَمَا تَنْسَوْنَ ، فَأَيُّكُمْ مَا شَكَّ فِي صَلاَتِهِ فَلْيَنْظُرْ أَحْرَى ذَلِكَ إِلَى الصَّوَابِ ، فَلْيُتِمَّ عَلَيْهِ ، ثُمَّ لِيُسَلِّمْ وَلْيَسْجُدْ سَجْدَتَيْنِ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ namaz qıldı və namazında artırdı və ya əskiltdi. Sonra da salam verdi. Biz dedik: “Ey Allahın Elçisi, namazda bir dəyişiklik baş veribmi?” O dedi: “Əgər namazda bir şey baş versəydi, mən bunu sizə xəbər verərdim, lakin mən bəşərəm, sizin unutduğunuz kimi mən də unuduram. Sizdən biriniz namazında şəkk etsə, düzgün olanı müəyyənləşdirsin. Sonra namazını tamamlasın. Sonra salam verib iki dəfə səcdə etsin”.”

Abdullah
Səhih

İstinad

Nəsəi, 1242 (Səhv, 64)

Sunən ən-Nəsəi — Səhv kitabı