Səhv kitabı

Namazında şəkk edənin namazını tamamlaması

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي سَعِيدٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : إِذَا شَكَّ أَحَدُكُمْ فِي صَلاَتِهِ فَلْيُلْغِ الشَّكَّ وَلْيَبْنِ عَلَى الْيَقِينِ ، فَإِذَا اسْتَيْقَنَ بِالتَّمَامِ ، فَلْيَسْجُدْ سَجْدَتَيْنِ وَهُوَ قَاعِدٌ ، فَإِنْ كَانَ صَلَّى خَمْسًا شَفَعَتَا لَهُ صَلاَتَهُ ، وَإِنْ صَلَّى أَرْبَعًا كَانَتَا تَرْغِيمًا لِلشَّيْطَانِ.

“Əbu Səid ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz namazında şəkk etdikdə, şəkk etdiyi şeyi kənara qoysun və yəqin olduğu şeyə əməl etsin. Namazını tamamladığını yəqin etsə, oturduğu yerdə iki dəfə səcdə etsin. Əgər namazı beş rükət olsa, etdiyi səcdələr onun namazının rükətlərini sanki cütləşdirmiş olar. Əgər dörd rükət olsa, etdiyi səcdələr şeytanı alçaldan səcdələr olar”.”

Əbu Səid
Səhih

İstinad

Nəsəi, 1238 (Səhv, 60)

Sunən ən-Nəsəi — Səhv kitabı