Əbu Hureyranın ﵁ səhv səcdəsi haqda olan ixtilafı
أَخْبَرَنَا أَبُو الأَشْعَثِ ، عَنْ يَزِيدَ بْنِ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ الْحَذَّاءُ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي الْمُهَلَّبِ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، قَالَ : سَلَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي ثَلاَثِ رَكَعَاتٍ مِنَ الْعَصْرِ ، فَدَخَلَ مَنْزِلَهُ ، فَقَامَ إِلَيْهِ رَجُلٌ يُقَالُ لَهُ الْخِرْبَاقُ ، فَقَالَ : يَعْنِي نَقَصَتِ الصَّلاَةُ يَا رَسُولَ اللهِ ؟ فَخَرَجَ مُغْضَبًا يَجُرُّ رِدَاءَهُ ، فَقَالَ : أَصَدَقَ ؟ قَالُوا : نَعَمْ ، فَقَامَ فَصَلَّى تِلْكَ الرَّكْعَةَ ثُمَّ سَلَّمَ ، ثُمَّ سَجَدَ سَجْدَتَيْهَا ، ثُمَّ سَلَّمَ.
“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Allah Elçisi ﷺ Əsr namazında üçüncü rükətdən sonra salam verdi və öz evinə daxil oldu. əl-Xirbəq adlı bir kişi qalxıb dedi: “Namaz qısaldımı, ey Allah Elçisi?” Allah Elçisi ﷺ ridasını çəkərək qəzəbli halda evindən çıxdı və dedi: “O, düz deyirmi?” Camaat da: “Bəli!”- dedi. Allah Elçisi ﷺ durub az qıldığı rükəti tamamladı, sonra salam verdi, sonra iki dəfə səcdə etdi və sonra da salam verdi”.”
İstinad
Nəsəi, 1237 (Səhv, 59)
Sunən ən-Nəsəi — Səhv kitabı