Səhv kitabı

Namazında şəkk edənin namazını tamamlaması

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا حُجَيْنُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ وَهُوَ ابْنُ أَبِي سَلَمَةَ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا لَمْ يَدْرِ أَحَدُكُمْ صَلَّى ثَلاَثًا أَمْ أَرْبَعًا ، فَلْيُصَلِّ رَكْعَةً ، ثُمَّ يَسْجُدْ بَعْدَ ذَلِكَ سَجْدَتَيْنِ ، وَهُوَ جَالِسٌ ، فَإِنْ كَانَ صَلَّى خَمْسًا شَفَعَتَا لَهُ صَلاَتَهُ ، وَإِنْ صَلَّى أَرْبَعًا كَانَتَا تَرْغِيمًا لِلشَّيْطَانِ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz üç və ya dörd rükət qıldığını bilmədikdə, qoy bir rükət qılsın, sonra oturduğu yerdə iki dəfə səcdə etsin. Əgər beş rükət qılmışdısa, bu iki səcdə onun namazının rükətlərinin sayını cütləşdirmiş olar. Əgər dörd rükət qılmışdısa, bu iki səcdə şeytanı alçaltmış olar”.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

Nəsəi, 1239 (Səhv, 61)

Sunən ən-Nəsəi — Səhv kitabı