Zikrdən sonra edilən başqa bir dua
أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، قَالَ : حَدَّثَنَا عَطَاءُ بْنُ السَّائِبِ ، عَنْ أَبِيهِ ، قَالَ : صَلَّى بِنَا عَمَّارُ بْنُ يَاسِرٍ صَلاَةً ، فَأَوْجَزَ فِيهَا ، فَقَالَ لَهُ بَعْضُ الْقَوْمِ : لَقَدْ خَفَّفْتَ أَوْ أَوْجَزْتَ الصَّلاَةَ ، فَقَالَ : أَمَّا عَلَى ذَلِكَ ، فَقَدْ دَعَوْتُ فِيهَا بِدَعَوَاتٍ سَمِعْتُهُنَّ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا قَامَ تَبِعَهُ رَجُلٌ مِنَ الْقَوْمِ هُوَ أُبَيٌّ غَيْرَ أَنَّهُ كَنَى عَنْ نَفْسِهِ ، فَسَأَلَهُ عَنِ الدُّعَاءِ ، ثُمَّ جَاءَ فَأَخْبَرَ بِهِ الْقَوْمَ : اللَّهُمَّ بِعِلْمِكَ الْغَيْبَ ، وَقُدْرَتِكَ عَلَى الْخَلْقِ ، أَحْيِنِي مَا عَلِمْتَ الْحَيَاةَ خَيْرًا لِي ، وَتَوَفَّنِي إِذَا عَلِمْتَ الْوَفَاةَ خَيْرًا لِي ، اللَّهُمَّ وَأَسْأَلُكَ خَشْيَتَكَ فِي الْغَيْبِ وَالشَّهَادَةِ ، وَأَسْأَلُكَ كَلِمَةَ الْحَقِّ فِي الرِّضَا وَالْغَضَبِ ، وَأَسْأَلُكَ الْقَصْدَ فِي الْفَقْرِ وَالْغِنَى ، وَأَسْأَلُكَ نَعِيمًا لاَ يَنْفَدُ ، وَأَسْأَلُكَ قُرَّةَ عَيْنٍ لاَ تَنْقَطِعُ ، وَأَسْأَلُكَ الرِّضَاءَ بَعْدَ الْقَضَاءِ ، وَأَسْأَلُكَ بَرْدَ الْعَيْشِ بَعْدَ الْمَوْتِ ، وَأَسْأَلُكَ لَذَّةَ النَّظَرِ إِلَى وَجْهِكَ ، وَالشَّوْقَ إِلَى لِقَائِكَ فِي غَيْرِ ضَرَّاءَ مُضِرَّةٍ ، وَلاَ فِتْنَةٍ مُضِلَّةٍ ، اللَّهُمَّ زَيِّنَّا بِزِينَةِ الإِيمَانِ ، وَاجْعَلْنَا هُدَاةً مُهْتَدِينَ.
“Əta ibn əs-Saib atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Əmmar ibn Yasir bizə namaz qıldırdı və bu namazı qısa etdi. Camaatdan olan bəzi insanlar ona dedilər: “Sən namazı yüngül və qısa etdin!” O da dedi: “O ki qaldı mənə, mən namazda Allah Elçisindən ﷺ eşitdiyim bir duanı etdim”. Qalxıb getdikdə, camaatdan bir kişi onun ardı ilə getdi. Onun adı Ubey idi. Əmmardan bu dua haqda soruşdu. Sonra gəlib camaata bu duanı xəbər verdi: “Allahım! Qeybi bilməyinlə və yaratma qüdrətinlə yaşamağın mənim üçün daha xeyirli olduğunu bilirsənsə, məni yaşat, ölümün mənim üçün daha xeyirli olduğunu bilirsənsə, məni öldür! Allahım, gizlində də, aşkarda da Səndən (layiqincə) qorxmağı diləyirəm! Səndən razılıq və qəzəb anında haqq söz söyləməyimi diləyirəm! Kasıblıqda da, zənginlikdə də Səndən mötədillik diləyirəm! Səndən tükənməz nemət və ardı kəsilməyən bir göz aydınlığı (sevinc) diləyirəm! Səndən (başıma gələn) qəzadan sonra ondan razı qalmağımı və ölümdən sonra olan gözəl həyatı diləyirəm! Səndən Sənin Üzünə baxmağın ləzzətini, zərər verən xəstəliyə və azğınlığa aparan fitnəyə uğramadıqca Səninlə qarşılaşmaq həsrətini diləyirəm! Allahım, bizi imanın gözəlliyi ilə gözəlləşdir və bizi doğru yolda olan başçılardan et!””
İstinad
Nəsəi, 1305 (Səhv, 127)
Sunən ən-Nəsəi — Səhv kitabı