Səhv kitabı

Namazda salam verdikdən sonra təsbihlərin sayı

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَلَّتَانِ لاَ يُحْصِيهِمَا رَجُلٌ مُسْلِمٌ إِلاَّ دَخَلَ الْجَنَّةَ ، وَهُمَا يَسِيرٌ ، وَمَنْ يَعْمَلُ بِهِمَا قَلِيلٌ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : الصَّلَوَاتُ الْخَمْسُ ، يُسَبِّحُ أَحَدُكُمْ فِي دُبُرِ كُلِّ صَلاَةٍ عَشْرًا ، وَيَحْمَدُ عَشْرًا ، وَيُكَبِّرُ عَشْرًا ، فَهِيَ خَمْسُونَ وَمِائَةٌ فِي اللِّسَانِ ، وَأَلْفٌ وَخَمْسُ مِئَةٍ فِي الْمِيزَانِ ، وَأَنَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَعْقِدُهُنَّ بِيَدِهِ ، وَإِذَا أَوَى أَحَدُكُمْ إِلَى فِرَاشِهِ أَوْ مَضْجَعِهِ سَبَّحَ ثَلاَثًا وَثَلاَثِينَ ، وَحَمِدَ ثَلاَثًا وَثَلاَثِينَ ، وَكَبَّرَ أَرْبَعًا وَثَلاَثِينَ ، فَهِيَ مِئَةٌ عَلَى اللِّسَانِ ، وَأَلْفٌ فِي الْمِيزَانِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَيُّكُمْ يَعْمَلُ فِي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ أَلْفَيْنِ وَخَمْسَ مِئَةِ سَيِّئَةٍ ؟ قِيلَ : يَا رَسُولَ اللهِ ، وَكَيْفَ لاَ نُحْصِيهِمَا ؟ فَقَالَ : إِنَّ الشَّيْطَانَ يَأْتِي أَحَدَكُمْ وَهُوَ فِي صَلاَتِهِ ، فَيَقُولُ : اذْكُرْ كَذَا ، اذْكُرْ كَذَا ، وَيَأْتِيهِ عِنْدَ مَنَامِهِ فَيُنِيمُهُ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İki xislət var ki, onlara əməl edən müsəlman mütləq Cənnətə girər. Bu iki şey çox asan şeylərdir, lakin onlara əməl edən çox azdır”. Sonra Allah Elçisi ﷺ sözünə davam edərək buyurdu: “Sizdən biriniz beş namazın ardı ilə on dəfə təsbih (Subhən-Allah), on dəfə təhmid (Əlhəmdulilləh) və on dəfə təkbir (Allahu Əkbər) deyərsə, bu deyilənlər dildə yüz əllidir, tərəzidə isə min beş yüzdür”. Mən Allah Elçisinin ﷺ bunları barmaqları ilə saydığını gördüm. Sonra Allah Elçisi ﷺ dedi: “Sizdən biriniz yatağına girdiyi zaman (otuz üç dəfə) “Subhən-Allah”, (otuz üç dəfə) “Əlhəmdulilləh” və (otuz dörd dəfə) “Allahu Əkbər” desin. Bu deyilənlər dildə yüzdür, tərəzidə isə mindir”. Allah Elçisi ﷺ buyurdu: “Elə isə sizdən hansı biriniz gecə-gündüz iki min beş yüz günah iş görür?” Səhabələrdən biri dedi: “Ey Allahın Elçisi! Necə ola bilər ki, biz onu qorumayaq?” O dedi: “Sizdən biriniz namaz qılarkən şeytan gəlib ona deyir: “Filan və filan işi xatırla”. O da bunları zikr etməz. Şeytan biriniz yatarkən yanına gəlib təsbih etmədən yatızdırır. Həmçinin namazında gəlib təsbih etmədən əvvəl bir ehtiyacını xatırladır”.”

Abdullah ibn Amr
Səhih

İstinad

Nəsəi, 1348 (Səhv, 170)

Sunən ən-Nəsəi — Səhv kitabı