Salavatın başqa bir növü
أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، حَدَّثَنِي مَالِكٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرِ بْنِ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ حَزْمٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَمْرِو بْنِ سُلَيْمٍ الزُّرَقِيِّ ، قَالَ : أَخْبَرَنِي أَبُو حُمَيْدٍ السَّاعِدِيُّ ، أَنَّهُمْ قَالُوا : يَا رَسُولَ اللهِ ، كَيْفَ نُصَلِّي عَلَيْكَ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَأَزْوَاجِهِ وَذُرِّيَّتِهِ ، فِي حَدِيثِ الْحَارِثِ : كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ ، وَأَزْوَاجِهِ ، وَذُرِّيَّتِهِ ، قَالاَ جَمِيعًا : كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : أَنْبَأَنَا قُتَيْبَةُ بِهَذَا الْحَدِيثِ مَرَّتَيْنِ وَلَعَلَّهُ أَنْ يَكُونَ قَدْ سَقَطَ عَلَيْهِ مِنْهُ شَطْرٌ.
“Əbu Humeyd əs-Səidi ﵁ rəvayət edir ki, səhabələr dedilər: “Ey Allahın Elçisi, biz sənə salavatı (xeyir-duanı) necə deyək?” Allah Elçisi ﷺ dedi: “Deyin: “Allahım! Muhəmmədə, onun zövcələrinə və nəslinə xeyir-dua ver!” əl-Harisin hədisində: “İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi Muhəmmədə, onun zövcələrinə və nəslinə bərəkət ver!” Onlar ikisi isə birlikdə demişlər: “İbrahimin ailəsinə bərəkət verdiyin kimi! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən!” Əbu Abdur-Rahmən (ən-Nəsəi) dedi: “Quteybə bu hədisi bizə iki dəfə danışıb. Ola bilsin ki, bir şey onun yadından çıxıb”.”
İstinad
Nəsəi, 1294 (Səhv, 116)
Sunən ən-Nəsəi — Səhv kitabı