İmamın namazda salam verdikdən sonra namazgahında oturması
أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا زُهَيْرٌ ، وَذَكَرَ آخَرَ ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ ، قَالَ : قُلْتُ لِجَابِرِ بْنِ سَمُرَةَ : كُنْتَ تُجَالِسُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَ : نَعَمْ ، كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا صَلَّى الْفَجْرَ جَلَسَ فِي مُصَلاَّهُ حَتَّى تَطْلُعَ الشَّمْسُ ، فَيَتَحَدَّثُ أَصْحَابُهُ يَذْكُرُونَ حَدِيثَ الْجَاهِلِيَّةِ ، وَيُنْشِدُونَ الشِّعْرَ وَيَضْحَكُونَ ، وَيَتَبَسَّمُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.
“Rəvayət edilir ki, Səmmək ibn Hərb ﵀ demişdir: “Mən Cabir ibn Səmuraya dedim: “Sən Allah Elçisi ﷺ ilə birlikdə məclisdə olmusanmı?” O dedi: “Bəli. Allah Elçisi ﷺ Sübh namazını qıldıqdan sonra günəş çıxana qədər namaz qıldığı yerdə oturardı. Səhabələri ilə söhbət edər, səhabələri də cahillikdə olan hadisələr haqda söhbət edər və şeirlər deyərək gülərdilər. Allah Elçisi ﷺ də təbəssüm edərdi”.”
İstinad
Nəsəi, 1358 (Səhv, 180)
Sunən ən-Nəsəi — Səhv kitabı