Namazda danışmaq
أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَاصِمٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ ابْنِ مَسْعُودٍ ، قَالَ : كُنَّا نُسَلِّمُ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَرُدُّ عَلَيْنَا السَّلاَمَ حَتَّى قَدِمْنَا مِنْ أَرْضِ الْحَبَشَةِ ، فَسَلَّمْتُ عَلَيْهِ ، فَلَمْ يَرُدَّ عَلَيَّ ، فَأَخَذَنِي مَا قَرُبَ وَمَا بَعُدَ فَجَلَسْتُ حَتَّى إِذَا قَضَى الصَّلاَةَ ، قَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يُحْدِثُ مِنْ أَمْرِهِ مَا يَشَاءُ ، وَإِنَّهُ قَدْ أَحْدَثَ مِنْ أَمْرِهِ أَنْ لاَ يُتَكَلَّمَ فِي الصَّلاَةِ.
“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Peyğəmbər ﷺ namazda olduqda, biz ona salam verər və o da salamımızı alardı. Biz Həbəşistana gedib gəldikdən sonra ona salam verdik, o isə namazda idi və salamımızı almadı. Məni (onun salamımızı almamasına görə) fikir apardı və mən oturub onun namazı bitirməsini gözlədim. Namazı bitirdikdən sonra Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, Allah ﷿ istədiyi bir şeyi əmr edir. Allah namazda danışmamağı əmr etdi”.”
İstinad
Nəsəi, 1221 (Səhv, 43)
Sunən ən-Nəsəi — Səhv kitabı