Cümə kitabı

İmamın Cümə günü xütbə verərkən insanları sədəqəyə təşviq etməsi

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ عِيَاضِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : سَمِعْتُ أَبَا سَعِيدٍ الْخُدْرِيَّ ، يَقُولُ : جَاءَ رَجُلٌ يَوْمَ الْجُمُعَةِ وَالنَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ بِهَيْئَةٍ بَذَّةٍ ، فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَصَلَّيْتَ ؟ قَالَ : لاَ ، قَالَ : صَلِّ رَكْعَتَيْنِ ، وَحَثَّ النَّاسَ عَلَى الصَّدَقَةِ ، فَأَلْقَوْا ثِيَابًا فَأَعْطَاهُ مِنْهَا ثَوْبَيْنِ ، فَلَمَّا كَانَتِ الْجُمُعَةُ الثَّانِيَةُ جَاءَ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ ، فَحَثَّ النَّاسَ عَلَى الصَّدَقَةِ ، قَالَ : فَأَلْقَى أَحَدَ ثَوْبَيْهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : جَاءَ هَذَا يَوْمَ الْجُمُعَةِ بِهَيْئَةٍ بَذَّةٍ ، فَأَمَرْتُ النَّاسَ بِالصَّدَقَةِ ، فَأَلْقَوْا ثِيَابًا ، فَأَمَرْتُ لَهُ مِنْهَا بِثَوْبَيْنِ ، ثُمَّ جَاءَ الآنَ فَأَمَرْتُ النَّاسَ بِالصَّدَقَةِ ، فَأَلْقَى أَحَدَهُمَا ، فَانْتَهَرَهُ وَقَالَ : خُذْ ثَوْبَكَ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Peyğəmbər ﷺ Cümə günü xütbə verərkən bir kişi kasıb bir paltarda gəldi və Allah Elçisi ﷺ ona dedi: “Namaz qılmısanmı?” O: “Xeyr”- dedi: Allah Elçisi ﷺ dedi: “İki rükət namaz qıl!” Sonra insanları sədəqə verməyə təşviq etdi. İnsanlar paltar sədəqə verdilər. Allah Elçisi ﷺ həmin paltarlardan ikisini o kişiyə verdi. Növbəti Cümə günü Allah Elçisi ﷺ xütbə verərkən (yenə o kişi) gəldi və Allah Elçisi ﷺ camaatı yenə sədəqə verməyə təşviq etdi. Həmin kişi ona verilən paltarlardan birini sədəqə üçün qoydu. Allah Elçisi ﷺ dedi: “Keçən Cümə o kişi köhnə paltarla gəlmişdi və mən insanları sədəqəyə təşviq etmişdim. İnsanlar da paltarlarından sədəqə etmişdilər. Mən də o paltarlardan ikisini bu kişiyə verilməsini əmr etmişdim. Bu gün də o gəldi və insanları sədəqə verməyə təşviq etdim. O, keçən həftə ona verilən paltarlardan birini sədəqə verdi”. Allah Elçisi ﷺ onu qınayaraq: “Paltarını götür!”- dedi”.”

Əbu Səid əl-Xudri
Həsən

İstinad

Nəsəi, 1408 (Cümə, 42)

Sunən ən-Nəsəi — Cümə kitabı