Sunən ən-NəsəiCümə kitabı

Kitab 14

Cümə kitabı

كِتَابُ الْجُمْعَةِ

66

hədis

Fəsil 1

Cümədə iştirak etmək

إِيجَابُ الْجُمْعَةِ

أَخْبَرَنَا سَعِيدُ بْنُ عَبْدِ الرَّحْمَنِ الْمَخْزُومِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، وَابْنُ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : نَحْنُ الآخِرُونَ السَّابِقُونَ ، بَيْدَ أَنَّهُمْ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِنَا ، وَأُوتِينَاهُ مِنْ بَعْدِهِمْ ، وَهَذَا الْيَوْمُ الَّذِي كَتَبَ اللَّهُ عَزَّ وَجَلَّ عَلَيْهِمْ فَاخْتَلَفُوا فِيهِ ، فَهَدَانَا اللَّهُ عَزَّ وَجَلَّ لَهُ - يَعْنِي يَوْمَ الْجُمُعَةِ - فَالنَّاسُ لَنَا فِيهِ تَبَعٌ الْيَهُودُ غَدًا وَالنَّصَارَى بَعْدَ غَدٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: Allah Elçisi ﷺ belə buyurdu: “Biz axırıncı ümmətik, lakin Qiyamət günü öndə olacağıq. Hərçənd onlara bizdən əvvəl Kitab verilmişdir. Bu günü (Cümə gününü) Allah ﷿ onlara vacib etmişdi, lakin onlar ixtilafa düşdülər. Allah ﷿ bizi (bu günü ehtiramla keçirməyə) müvəffəq etdi və bu xüsusda insanlar bizim ardımızca gəldilər, yəhudilər sabahkı günü, xristianlar isə ondan sonrakı günü (təntənə ilə qeyd edirlər)”.”

Əbu Hureyra
SəhihNəsəi, 1367 (Cümə, 1)

أَخْبَرَنَا وَاصِلُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ فُضَيْلٍ ، عَنْ أَبِي مَالِكٍ الأَشْجَعِيِّ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، وَعَنْ رِبْعِيِّ بْنِ حِرَاشٍ ، عَنْ حُذَيْفَةَ ، قَالاَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَضَلَّ اللَّهُ عَزَّ وَجَلَّ عَنِ الْجُمُعَةِ مَنْ كَانَ قَبْلَنَا ، فَكَانَ لِلْيَهُودِ يَوْمُ السَّبْتِ ، وَكَانَ لِلنَّصَارَى يَوْمُ الأَحَدِ ، فَجَاءَ اللَّهُ عَزَّ وَجَلَّ بِنَا فَهَدَانَا لِيَوْمِ الْجُمُعَةِ ، فَجَعَلَ الْجُمُعَةَ وَالسَّبْتَ وَالأَحَدَ ، وَكَذَلِكَ هُمْ لَنَا تَبَعٌ يَوْمَ الْقِيَامَةِ ، وَنَحْنُ الآخِرُونَ مِنْ أَهْلِ الدُّنْيَا ، وَالأَوَّلُونَ يَوْمَ الْقِيَامَةِ الْمَقْضِيُّ لَهُمْ قَبْلَ الْخَلاَئِقِ.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ bizdən öncə olanları Cümə günündən uzaq etdi. Yəhudilərin günü şənbə, xristianların günü isə bazar günü oldu. Bizi isə yaradıb Cümə gününə yönəltdi. Cümə, şənbə və bazar gününü təyin etdi. Onlar günlərdə bizdən sonra gəldikləri kimi Qiyamət günü də bizdən sonradırlar. Biz dünya əhlindən axırıncı olsaq da, Qiyamət günü yaradılmışlar arasında ilk hökm olunanlar olacağıq”.”

Huzeyfə
SəhihNəsəi, 1368 (Cümə, 2)

Fəsil 2

Cüməni tərk etməyin qınanması

بَابُ التَّشْدِيدِ فِي التَّخَلُّفِ عَنِ الْجُمْعَةِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ عَبِيدَةَ بْنِ سُفْيَانَ الْحَضْرَمِيِّ ، عَنْ أَبِي الْجَعْدِ الضَّمْرِيِّ ، وَكَانَتْ لَهُ صُحْبَةٌ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ تَرَكَ ثَلاَثَ جُمَعٍ تَهَاوُنًا بِهَا طَبَعَ اللَّهُ عَلَى قَلْبِهِ.

“Peyğəmbərlə ﷺ söhbət etmiş Əbul-Cəd əd-Damri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kim səhlənkarlıq edərək üç cüməni tərk edərsə, Allah onun qəlbini möhürləyər”.”

Əbul-Cəd əd-Damri
SəhihNəsəi, 1369 (Cümə, 3)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ ، قَالَ : حَدَّثَنَا حَبَّانُ ، قَالَ : حَدَّثَنَا أَبَانُ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنِ الْحَضْرَمِيِّ بْنِ لاَحِقٍ ، عَنْ زَيْدٍ ، عَنْ أَبِي سَلاَّمٍ ، عَنِ الْحَكَمِ بْنِ مِينَاءَ ، أَنَّهُ سَمِعَ ابْنَ عَبَّاسٍ ، وَابْنَ عُمَرَ يُحَدِّثَانِ : أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ وَهُوَ عَلَى أَعْوَادِ مِنْبَرِهِ : لَيَنْتَهِيَنَّ أَقْوَامٌ عَنْ وَدْعِهِمُ الْجُمُعَاتِ ، أَوْ لَيَخْتِمَنَّ اللَّهُ عَلَى قُلُوبِهِمْ ، وَلَيَكُونُنَّ مِنَ الْغَافِلِينَ.

“İbn Abbas və İbn Ömər ﵃ rəvayət edirlər ki, Allah Elçisi ﷺ öz minbəri üzərində belə buyurdu: “İnsanlar ya Cüməyə gələcəklər, ya da Allah onların qəlblərinə möhür vuracaq və onlar qafillərdən olacaqlar”.”

İbn Abbas və İbn Ömər
SəhihNəsəi, 1370 (Cümə, 4)

أَخْبَرَنِي مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، قَالَ : حَدَّثَنِي الْمُفَضَّلُ بْنُ فَضَالَةَ ، عَنْ عَيَّاشِ بْنِ عَبَّاسٍ ، عَنْ بُكَيْرِ بْنِ الأَشَجِّ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ حَفْصَةَ ، زَوْجِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : رَوَاحُ الْجُمُعَةِ وَاجِبٌ عَلَى كُلِّ مُحْتَلِمٍ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Həfsə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Cüməyə gəlmək hər bir həddi-büluğa çatana vacibdir”.”

Həfsə
SəhihNəsəi, 1371 (Cümə, 5)

Fəsil 3

Üzr olmadan Cüməni tərk edənin kəffarəsi

بَابُ كَفَّارَةِ مَنْ تَرَكَ الْجُمْعَةَ مِنْ غَيْرِ عُذْرٍ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، قَالَ : حَدَّثَنَا هَمَّامٌ ، عَنْ قَتَادَةَ ، عَنْ قُدَامَةَ بْنِ وَبَرَةَ ، عَنْ سَمُرَةَ بْنِ جُنْدُبٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ تَرَكَ الْجُمُعَةَ مِنْ غَيْرِ عُذْرٍ فَلْيَتَصَدَّقْ بِدِينَارٍ ، فَإِنْ لَمْ يَجِدْ فَبِنِصْفِ دِينَارٍ.

“Rəvayət edilir ki, Səmura ibn Cundəb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Cümə (namazını) üzr olmadan tərk edərsə, qoy bir dinar sədəqə versin. Bir dinar tapa bilməsə, qoy yarım dinar sədəqə versin”.”

Səmura ibn Cundəb
ZəifNəsəi, 1372 (Cümə, 6)

Fəsil 4

Cümə gününün fəziləti haqda

بَابُ ذِكْرِ فَضْلِ يَوْمِ الْجُمُعَةِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ يُونُسَ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ الأَعْرَجُ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَيْرُ يَوْمٍ طَلَعَتْ فِيهِ الشَّمْسُ يَوْمُ الْجُمُعَةِ ، فِيهِ خُلِقَ آدَمُ عَلَيْهِ السَّلاَمُ ، وَفِيهِ أُدْخِلَ الْجَنَّةَ ، وَفِيهِ أُخْرِجَ مِنْهَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üzərinə Günəşin doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm ﵇ yaradılmış, o gün Cənnətə daxil edilmiş və o gün də oradan çıxarılmışdır”.”

Əbu Hureyra
SəhihNəsəi, 1373 (Cümə, 7)

Fəsil 5

Cümə günü Peyğəmbərə ﷺ salavat deməyi çoxaltmaq

إِكْثَارُ الصَّلاَةِ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ الْجُمُعَةِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا حُسَيْنٌ الْجُعْفِيُّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ بْنِ جَابِرٍ ، عَنْ أَبِي الأَشْعَثِ الصَّنْعَانِيِّ ، عَنْ أَوْسِ بْنِ أَوْسٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : إِنَّ مِنْ أَفْضَلِ أَيَّامِكُمْ يَوْمَ الْجُمُعَةِ ، فِيهِ خُلِقَ آدَمُ عَلَيْهِ السَّلاَمُ ، وَفِيهِ قُبِضَ ، وَفِيهِ النَّفْخَةُ ، وَفِيهِ الصَّعْقَةُ ، فَأَكْثِرُوا عَلَيَّ مِنَ الصَّلاَةِ ، فَإِنَّ صَلاَتَكُمْ مَعْرُوضَةٌ عَلَيَّ قَالُوا : يَا رَسُولَ اللهِ ، وَكَيْفَ تُعْرَضُ صَلاَتُنَا عَلَيْكَ ، وَقَدْ أَرَمْتَ أَيْ يَقُولُونَ قَدْ بَلِيتَ ؟ قَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَدْ حَرَّمَ عَلَى الأَرْضِ أَنْ تَأْكُلَ أَجْسَادَ الأَنْبِيَاءِ عَلَيْهِمُ السَّلاَمُ.

“Əus ibn Əus ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizin ən fəzilətli gününüz Cümə günüdür. O gün Adəm ﵇ yaradıldı, o gün vəfat etdi və o gün Sura birinci və ikinci dəfə üfürüləcək. O gün mənə salavatı çoxaldın, çünki sizin salavatınız mənə çatdırılır”. Səhabələr dedilər: “Ey Allahın Elçisi! Bizim salavatlarımız sənə neçə çatacaq, axı sənin bədənin çürüyəcək?!” O dedi: “Həqiqətən, Allah torpağa ﷿ peyğəmbərlərin ﵇ cəsədlərini yeməyi haram edib”.”

Əus ibn Əus
SəhihNəsəi, 1374 (Cümə, 8)

Fəsil 6

Cümə günü misvakdan istifadə etməyin əmr edilməsi

بَابُ الأَمْرِ بِالسِّوَاكِ يَوْمَ الْجُمُعَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، أَنَّ سَعِيدَ بْنَ أَبِي هِلاَلٍ ، وَبُكَيْرَ بْنَ الأَشَجِّ حَدَّثَاهُ ، عَنْ أَبِي بَكْرِ بْنِ الْمُنْكَدِرِ ، عَنْ عَمْرِو بْنِ سُلَيْمٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : الْغُسْلُ يَوْمَ الْجُمُعَةِ وَاجِبٌ عَلَى كُلِّ مُحْتَلِمٍ ، وَالسِّوَاكُ ، وَيَمَسُّ مِنَ الطِّيبِ مَا قَدَرَ عَلَيْهِ ، إِلاَّ أَنَّ بُكَيْرًا لَمْ يَذْكُرْ عَبْدَ الرَّحْمَنِ ، وَقَالَ فِي الطِّيبِ : وَلَوْ مِنْ طِيبِ الْمَرْأَةِ.

“Abdur-Rahmən ibn Əbu Səid atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cümə günü qüsl almaq, (dişlərini) misvakla təmizləmək və imkan daxilində ətirdən istifadə etmək hər bir həddi-büluğa çatana vacibdir”. Hədisin ravisi Abdur-Rahmən Bukeyr adlı ravini yad etməmiş və ətir haqda demişdir: “Qadın ətiri olsa belə”.”

Abdur-Rahmən ibn Əbu Səid atasından
SəhihNəsəi, 1375 (Cümə, 9)

Fəsil 7

Cümə günü qüsl almağın əmr edilməsi

بَابُ الأَمْرِ بِالْغُسْلِ يَوْمَ الْجُمُعَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : إِذَا جَاءَ أَحَدُكُمُ الْجُمُعَةَ فَلْيَغْتَسِلْ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz Cüməyə gələndə, qüsl alsın!””

İbn Ömər
SəhihNəsəi, 1376 (Cümə, 10)

Fəsil 8

Cümə günü qüsl almağın vacib olması

بَابُ إِيجَابِ الْغُسْلِ يَوْمَ الْجُمُعَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ صَفْوَانَ بْنِ سُلَيْمٍ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : غُسْلُ يَوْمِ الْجُمُعَةِ وَاجِبٌ عَلَى كُلِّ مُحْتَلِمٍ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cümə günü qüsl almaq hər bir həddi-büluğa çatan şəxsə vacibdir”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 1377 (Cümə, 11)

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ ، قَالَ : حَدَّثَنَا دَاوُدُ بْنُ أَبِي هِنْدٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : عَلَى كُلِّ رَجُلٍ مُسْلِمٍ فِي كُلِّ سَبْعَةِ أَيَّامٍ غُسْلُ يَوْمٍ وَهُوَ يَوْمُ الْجُمُعَةِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər bir müsəlman kişinin həftədə bir dəfə qüsl günü var, bu da Cümə günüdür”.”

Cabir
SəhihNəsəi, 1378 (Cümə, 12)

Fəsil 9

Cümə qüslunu tərk etməyin icazəli olması

بَابُ الرُّخْصَةِ فِي تَرْكِ الْغُسْلِ يَوْمَ الْجُمُعَةِ.

أَخْبَرَنَا مَحْمُودُ بْنُ خَالِدٍ ، عَنِ الْوَلِيدِ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْعَلاَءِ ، أَنَّهُ سَمِعَ الْقَاسِمَ بْنَ مُحَمَّدِ بْنِ أَبِي بَكْرٍ ، أَنَّهُمْ ذَكَرُوا غُسْلَ يَوْمِ الْجُمُعَةِ عِنْدَ عَائِشَةَ ، فَقَالَتْ : إِنَّمَا كَانَ النَّاسُ يَسْكُنُونَ الْعَالِيَةَ ، فَيَحْضُرُونَ الْجُمُعَةَ وَبِهِمْ وَسَخٌ ، فَإِذَا أَصَابَهُمُ الرَّوْحُ ، سَطَعَتْ أَرْوَاحُهُمْ فَيَتَأَذَّى بِهَا النَّاسُ ، فَذُكِرَ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : أَوَ لاَ يَغْتَسِلُونَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Həqiqətən, bəzi insanlar kəndlərdə (hündür dağlıq yerlərdə) məskunlaşar və Cüməyə üst-başları çirkli halda gələrdilər. Külək əsdikdə onların üst-başlarından gələn pis qoxu insanlara əziyyət verərdi. Bu, Allah Elçisinə ﷺ deyildikə, belə buyurdu: “Məgər onlar yuyunmurlar?!””

Aişə
SəhihNəsəi, 1379 (Cümə, 13)

أَخْبَرَنَا أَبُو الأَشْعَثِ ، عَنْ يَزِيدَ بْنِ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنْ سَمُرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ تَوَضَّأَ يَوْمَ الْجُمُعَةِ فَبِهَا وَنِعْمَتْ ، وَمَنِ اغْتَسَلَ فَالْغُسْلُ أَفْضَلُ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : الْحَسَنُ ، عَنْ سَمُرَةَ كِتَابًا ، وَلَمْ يَسْمَعِ الْحَسَنُ مِنْ سَمُرَةَ إِلاَّ حَدِيثَ الْعَقِيقَةِ ، وَاللَّهُ تَعَالَى أَعْلَمُ.

“Rəvayət edilir ki, Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Cümə günü dəstəmaz alarsa, gözəl bir şey etmişdir. Kim də qüsl alarsa, daha fəzilətli bir şey etmişdir”.”

Səmura
SəhihNəsəi, 1380 (Cümə, 14)

Fəsil 10

Cümə qüslunun fəziləti

فَضْلُ غُسْلِ يَوْمِ الْجُمُعَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، وَهَارُونُ بْنُ مُحَمَّدِ بْنِ بَكَّارِ بْنِ بِلاَلٍ ، وَاللَّفْظُ لَهُ ، قَالاَ : حَدَّثَنَا أَبُو مُسْهِرٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ عَبْدِ الْعَزِيزِ ، عَنْ يَحْيَى بْنِ الْحَارِثِ ، عَنْ أَبِي الأَشْعَثِ الصَّنْعَانِيِّ ، عَنْ أَوْسِ بْنِ أَوْسٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ غَسَّلَ وَاغْتَسَلَ ، وَغَدَا وَابْتَكَرَ ، وَدَنَا مِنَ الإِمَامِ وَلَمْ يَلْغُ كَانَ لَهُ بِكُلِّ خُطْوَةٍ عَمَلُ سَنَةٍ صِيَامُهَا وَقِيَامُهَا.

“Əus ibn Əus ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim yuyunaraq qüsl alar, (Cüməyə) tezdən gedər, imama yaxın oturar və heç bir boş işlə məşğul olmazsa, onun atdığı hər bir addıma görə ona bir ilin orucu və (gecə) namazı sayılar”.”

Əus ibn Əus
SəhihNəsəi, 1381 (Cümə, 15)

Fəsil 11

Cüməyə hazırlaşmaq

الْهَيْئَةُ لِلْجُمْعَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ رَأَى حُلَّةً ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، لَوِ اشْتَرَيْتَ هَذِهِ فَلَبِسْتَهَا يَوْمَ الْجُمُعَةِ وَلِلْوَفْدِ إِذَا قَدِمُوا عَلَيْكَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّمَا يَلْبَسُ هَذِهِ مَنْ لاَ خَلاَقَ لَهُ فِي الآخِرَةِ ، ثُمَّ جَاءَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِثْلُهَا فَأَعْطَى عُمَرَ مِنْهَا حُلَّةً ، فَقَالَ عُمَرُ : يَا رَسُولَ اللهِ ، كَسَوْتَنِيهَا وَقَدْ قُلْتَ فِي حُلَّةِ عُطَارِدٍ مَا قُلْتَ ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَمْ أَكْسُكَهَا لِتَلْبَسَهَا ، فَكَسَاهَا عُمَرُ أَخًا لَهُ مُشْرِكًا بِمَكَّةَ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Ömər ibn əl-Xattab ipəkdən bir paltar görüb dedi: “Ey Allahın Elçisi, sən bunu alıb Cümə günü yanına gələn heyətlər üçün geyinə bilərsən”. Allah Elçisi ﷺ dedi: “Bu libası Axirətdə heç bir payı olmayan geyinər”. Sonra Allah Elçisinə ﷺ həmin paltardan gətirdilər. O da bu paltarı Ömərə verdi. Ömər dedi: “Ey Allahın Elçisi! Sən Utaridin gətirdiyi bu paltar haqda dediyinə baxmayaraq geyinmək üçün bunu mənə verirsən?” Allah Elçisi ﷺ buyurdu: “Mən bunu sənə geyinmək üçün vermirəm”. Ömər də bunu Məkkədə olan müşrik qardaşına bağışladı”.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 1382 (Cümə, 16)

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ بْنُ سَوَّارٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ سَعِيدٍ ، عَنْ أَبِي بَكْرِ بْنِ الْمُنْكَدِرِ ، أَنَّ عَمْرَو بْنَ سُلَيْمٍ أَخْبَرَهُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ أَبِيهِ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ الْغُسْلَ يَوْمَ الْجُمُعَةِ عَلَى كُلِّ مُحْتَلِمٍ ، وَالسِّوَاكَ ، وَأَنْ يَمَسَّ مِنَ الطِّيبِ مَا يَقْدِرُ عَلَيْهِ.

“Abdur-Rahmən ibn Əbu Səid atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cümə günü hər bir həddi-büluğa çatan şəxs qüsl almalı, (dişlərini) misvakla təmizləməli və imkan daxilində ətir vurmalıdır”.”

Abdur-Rahmən ibn Əbu Səid atasından
SəhihNəsəi, 1383 (Cümə, 17)

Fəsil 12

Məscidə piyada getməyin fəziləti

فَضْلُ الْمَشْيِ إِلَى الْجُمُعَةِ

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرٍ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ بْنِ جَابِرٍ ، أَنَّهُ سَمِعَ أَبَا الأَشْعَثِ حَدَّثَهُ ، أَنَّهُ سَمِعَ أَوْسَ بْنَ أَوْسٍ ، صَاحِبَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنِ اغْتَسَلَ يَوْمَ الْجُمُعَةِ وَغَسَلَ ، وَغَدَا وَابْتَكَرَ ، وَمَشَى وَلَمْ يَرْكَبْ ، وَدَنَا مِنَ الإِمَامِ ، وَأَنْصَتَ وَلَمْ يَلْغُ ، كَانَ لَهُ بِكُلِّ خُطْوَةٍ عَمَلُ سَنَةٍ.

“Allah Elçisinin ﷺ səhabəsi Əus ibn Əus ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Cümə günü yuyunaraq qüsl alsa, məscidə tezdən və miniyə minmədən piyada getsə, imama yaxın oturub heç bir boş söz danışmasa, onun atdığı hər addıma görə bir ilin əməli yazılar”.”

Əus ibn Əus
SəhihNəsəi, 1384 (Cümə, 18)

Fəsil 13

Cüməyə tez getmək haqda

بَابُ التَّبْكِيرِ إِلَى الْجُمُعَةِ

أَخْبَرَنَا نَصْرُ بْنُ عَلِيِّ بْنِ نَصْرٍ ، عَنْ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنِ الأَغَرِّ أَبِي عَبْدِ اللهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا كَانَ يَوْمُ الْجُمُعَةِ قَعَدَتِ الْمَلاَئِكَةُ عَلَى أَبْوَابِ الْمَسْجِدِ ، فَكَتَبُوا مَنْ جَاءَ إِلَى الْجُمُعَةِ ، فَإِذَا خَرَجَ الإِمَامُ طَوَتِ الْمَلاَئِكَةُ الصُّحُفَ قَالَ : فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : الْمُهَجِّرُ إِلَى الْجُمُعَةِ كَالْمُهْدِي بَدَنَةً ، ثُمَّ كَالْمُهْدِي بَقَرَةً ، ثُمَّ كَالْمُهْدِي شَاةً ، ثُمَّ كَالْمُهْدِي بَطَّةً ، ثُمَّ كَالْمُهْدِي دَجَاجَةً ، ثُمَّ كَالْمُهْدِي بَيْضَةً.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Cümə günü olduqda məscidin qapılarında mələklər durar və məscidə gələnləri yazarlar. İmam (xütbə vermək üçün) gəldikdə, mələklər səhifələrini bağlayarlar”. Allah Elçisi ﷺ davam edərək belə dedi: “Cüməyə tez gələn kök bir dəvə, sonra gələn inək, sonra gələn qoyun, sonra gələn ördək, sonra gələn toyuq, sonra da gələn yumurta qurban etmiş kimi sayılar”.”

Əbu Hureyra
SəhihNəsəi, 1385 (Cümə, 19)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، حَدَّثَنَا الزُّهْرِيُّ ، عَنْ سَعِيدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، يَبْلُغُ بِهِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا كَانَ يَوْمُ الْجُمُعَةِ كَانَ عَلَى كُلِّ بَابٍ مِنْ أَبْوَابِ الْمَسْجِدِ مَلاَئِكَةٌ يَكْتُبُونَ النَّاسَ عَلَى مَنَازِلِهِمْ ، الأَوَّلَ فَالأَوَّلَ ، فَإِذَا خَرَجَ الإِمَامُ طُوِيَتِ الصُّحُفُ ، وَاسْتَمَعُوا الْخُطْبَةَ ، فَالْمُهَجِّرُ إِلَى الصَّلاَةِ كَالْمُهْدِي بَدَنَةً ، ثُمَّ الَّذِي يَلِيهِ كَالْمُهْدِي بَقَرَةً ، ثُمَّ الَّذِي يَلِيهِ كَالْمُهْدِي كَبْشًا ، حَتَّى ذَكَرَ الدَّجَاجَةَ وَالْبَيْضَةَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Cümə günü məscidin hər qapısında mələklər dayanar və insanların dərəcələrinə (gəliş sırasına) görə yazarlar. İmam (xütbə vermək üçün) gəldikdə və camaat namaza gələndə mələklər səhifələrini bağlayar və xütbəyə qulaq asarlar. Cüməyə tez gələn kök bir dəvə, ondan sonra gələn inək, ondan sonra gələn qoç qurban etmiş kimi olar”. Sonra toyuq və yumurtanı da dedi”.”

Əbu Hureyra
SəhihNəsəi, 1386 (Cümə, 20)

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ اللَّيْثِ ، قَالَ : أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ سُمَيٍّ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : تَقْعُدُ الْمَلاَئِكَةُ يَوْمَ الْجُمُعَةِ عَلَى أَبْوَابِ الْمَسْجِدِ يَكْتُبُونَ النَّاسَ عَلَى مَنَازِلِهِمْ ، فَالنَّاسُ فِيهِ كَرَجُلٍ قَدَّمَ بَدَنَةً ، وَكَرَجُلٍ قَدَّمَ بَقَرَةً ، وَكَرَجُلٍ قَدَّمَ شَاةً ، وَكَرَجُلٍ قَدَّمَ دَجَاجَةً ، وَكَرَجُلٍ قَدَّمَ عُصْفُورًا ، وَكَرَجُلٍ قَدَّمَ بَيْضَةً.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cümə günü məscidin qapılarında mələklər dayanar və insanları dərəcələrinə (gəliş sırasına) görə yazarlar. İnsanlar da dərəcələrinə görə belədir; biri dəvə, biri inək, biri qoyun, biri toyuq, biri sərçə, biri də yumurta (sədəqə) vermiş kimidir”.”

Əbu Hureyra
SəhihNəsəi, 1387 (Cümə, 21)

Fəsil 14

Cümənin vaxtı

وَقْتُ الْجُمُعَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ سُمَيٍّ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنِ اغْتَسَلَ يَوْمَ الْجُمُعَةِ غُسْلَ الْجَنَابَةِ ، ثُمَّ رَاحَ فَكَأَنَّمَا قَرَّبَ بَدَنَةً ، وَمَنْ رَاحَ فِي السَّاعَةِ الثَّانِيَةِ فَكَأَنَّمَا قَرَّبَ بَقَرَةً ، وَمَنْ رَاحَ فِي السَّاعَةِ الثَّالِثَةِ فَكَأَنَّمَا قَرَّبَ كَبْشًا ، وَمَنْ رَاحَ فِي السَّاعَةِ الرَّابِعَةِ فَكَأَنَّمَا قَرَّبَ دَجَاجَةً ، وَمَنْ رَاحَ فِي السَّاعَةِ الْخَامِسَةِ فَكَأَنَّمَا قَرَّبَ بَيْضَةً ، فَإِذَا خَرَجَ الإِمَامُ حَضَرَتِ الْمَلاَئِكَةُ يَسْتَمِعُونَ الذِّكْرَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Cümə günü cənabət qüslu alsa, sonra məscidə getsə, sanki dəvə qurban etmiş kimi olar. Kim ikinci saatda getsə, sanki inək qurban etmiş kimi olar. Kim üçüncü saatda getsə, sanki qoç qurban etmiş kimi olar. Kim dördüncü saatda getsə, sanki bir toyuq qurban etmiş kimi olar. Kim beşinci saatda getsə, sanki yumurta qurban etmiş kimi olar. İmam (xütbə vermək üçün) gəldikdə isə mələklər xütbəyə qulaq asarlar”.”

Əbu Hureyra
SəhihNəsəi, 1388 (Cümə, 22)

أَخْبَرَنَا عَمْرُو بْنُ سَوَّادِ بْنِ الأَسْوَدِ بْنِ عَمْرٍو ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ وَهْبٍ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، عَنِ الْجُلاَحِ ، مَوْلَى عَبْدِ الْعَزِيزِ ، أَنَّ أَبَا سَلَمَةَ بْنَ عَبْدِ الرَّحْمَنِ حَدَّثَهُ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : يَوْمُ الْجُمُعَةِ اثْنَتَا عَشْرَةَ سَاعَةً ، لاَ يُوجَدُ فِيهَا عَبْدٌ مُسْلِمٌ يَسْأَلُ اللَّهَ شَيْئًا إِلاَّ آتَاهُ إِيَّاهُ ، فَالْتَمِسُوهَا آخِرَ سَاعَةٍ بَعْدَ الْعَصْرِ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cümə günü on iki saatdır. Bu saatların birində müsəlman bəndəyə Allahdan istədiyi verilir. Bu saatı Əsr namazından sonra axtarın”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 1389 (Cümə, 23)

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا حَسَنُ بْنُ عَيَّاشٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كُنَّا نُصَلِّي مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْجُمُعَةَ ، ثُمَّ نَرْجِعُ فَنُرِيحُ نَوَاضِحَنَا ، قُلْتُ : أَيَّةَ سَاعَةٍ ؟ قَالَ : زَوَالُ الشَّمْسِ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Cümə namazını qılar, sonra qayıdıb heyvanlarımızı rahatlayardıq”. Hədisin ravisi deyir: “Mən: “Hansı saatda?”- dedikidə, o: “Günəş zenitdə olarkən”- dedi”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 1390 (Cümə, 24)

أَخْبَرَنَا شُعَيْبُ بْنُ يُوسُفَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ يَعْلَى بْنِ الْحَارِثِ ، قَالَ : سَمِعْتُ إِيَاسَ بْنَ سَلَمَةَ بْنِ الأَكْوَعِ يُحَدِّثُ ، عَنْ أَبِيهِ ، قَالَ : كُنَّا نُصَلِّي مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْجُمُعَةَ ثُمَّ نَرْجِعُ وَلَيْسَ لِلْحِيطَانِ فَيْءٌ يُسْتَظَلُّ بِهِ.

“İyas ibn Sələmə ibn əl-Əkva atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Cümə namazını qılar, sonra qayıdardıq. (Bu zaman) kölgələnmək üçün divarın heç bir kölgəsi olmazdı”.”

İyas ibn Sələmə ibn əl-Əkva atasından
SəhihNəsəi, 1391 (Cümə, 25)

Fəsil 15

Cümə namazının iki azanı

بَابُ الأَذَانِ لِلْجُمُعَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ يُونُسَ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي السَّائِبُ بْنُ يَزِيدَ ، أَنَّ الأَذَانَ كَانَ أَوَّلُ حِينَ يَجْلِسُ الإِمَامُ عَلَى الْمِنْبَرِ يَوْمَ الْجُمُعَةِ فِي عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَأَبِي بَكْرٍ ، وَعُمَرَ ، فَلَمَّا كَانَ فِي خِلاَفَةِ عُثْمَانَ ، وَكَثُرَ النَّاسُ أَمَرَ عُثْمَانُ يَوْمَ الْجُمُعَةِ بِالأَذَانِ الثَّالِثِ ، فَأُذِّنَ بِهِ عَلَى الزَّوْرَاءِ ، فَثَبَتَ الأَمْرُ عَلَى ذَلِكَ.

“əs-Səib ibn Yəzid ﵁ rəvayət edir ki, Allah Elçisinin ﷺ, Əbu Bəkrin və Ömərin vaxtında Cümə günü azan imam minbərdə oturduqda olurdu. Osmanın xilafəti dövründə insanlar çoxaldığı üçün Osman iki azanın verilməsini əmr etdi. Bu azan “Zəvra” adlı bazarda verilirdi. Beləliklə, bu, qayda halına keçdi”.”

əs-Səib ibn Yəzid
SəhihNəsəi, 1392 (Cümə, 26)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ السَّائِبَ بْنَ يَزِيدَ أَخْبَرَهُ قَالَ : إِنَّمَا أَمَرَ بِالتَّأْذِينِ الثَّالِثِ عُثْمَانُ حِينَ كَثُرَ أَهْلُ الْمَدِينَةِ وَلَمْ يَكُنْ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غَيْرُ مُؤَذِّنٍ وَاحِدٍ ، وَكَانَ التَّأْذِينُ يَوْمَ الْجُمُعَةِ حِينَ يَجْلِسُ الإِمَامُ.

“Rəvayət edilir ki, əs-Səib ibn Yəzid ﵀ demişdir: “Mədinə əhalisi çoxaldıqda, Osman üçüncü dəfə azan deyilməsini əmr etdi. Allah Elçisinin ﷺ vaxtında bir müəzzin var idi və azan Cümə günü imam minbərdə oturduqda oxunurdu”.”

əs-Səib ibn Yəzid
SəhihNəsəi, 1393 (Cümə, 27)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ ، عَنْ أَبِيهِ ، عَنِ الزُّهْرِيِّ ، عَنِ السَّائِبِ بْنِ يَزِيدَ ، قَالَ : كَانَ بِلاَلٌ يُؤَذِّنُ إِذَا جَلَسَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمِنْبَرِ يَوْمَ الْجُمُعَةِ ، فَإِذَا نَزَلَ أَقَامَ ، ثُمَّ كَانَ كَذَلِكَ فِي زَمَنِ أَبِي بَكْرٍ وَعُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا.

“Rəvayət edilir ki, əs-Səib ibn Yəzid ﵀ demişdir: “Allah Elçisi ﷺ Cümə günü minbərdə oturduqda Bilal azan verərdi. Minbərdən endikdə isə iqaməni verərdi. Bu, Əbu Bəkr və Ömərin ﵄ vaxtında da belə idi”.”

əs-Səib ibn Yəzid
SəhihNəsəi, 1394 (Cümə, 28)

Fəsil 16

Cümə günü imam camaat arasına çıxdıqdan sonra gələn adamın namaz qılması

بَابُ الصَّلاَةِ يَوْمَ الْجُمُعَةِ لِمَنْ جَاءَ وَقَدْ خَرَجَ الإِمَامُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، قَالَ : سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللهِ ، يَقُولُ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : إِذَا جَاءَ أَحَدُكُمْ وَقَدْ خَرَجَ الإِمَامُ فَلْيُصَلِّ رَكْعَتَيْنِ ، قَالَ شُعْبَةُ : يَوْمَ الْجُمُعَةِ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz Cüməyə gəldikdə, imamın camaat arasına çıxdığını görsə belə, iki rükət namaz qılsın”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 1395 (Cümə, 29)

Fəsil 17

Xütbə dedidkdə imamın yeri

مَقَامُ الإِمَامِ فِي الْخُطْبَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ سَوَّادِ بْنِ الأَسْوَدِ ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، أَنَّ أَبَا الزُّبَيْرِ أَخْبَرَهُ ، أَنَّهُ سَمِعَ جَابِرَ بْنَ عَبْدِ اللهِ ، يَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا خَطَبَ يَسْتَنِدُ إِلَى جِذْعِ نَخْلَةٍ مِنْ سَوَارِي الْمَسْجِدِ ، فَلَمَّا صُنِعَ الْمِنْبَرُ وَاسْتَوَى عَلَيْهِ ، اضْطَرَبَتْ تِلْكَ السَّارِيَةُ كَحَنِينِ النَّاقَةِ حَتَّى سَمِعَهَا أَهْلُ الْمَسْجِدِ ، حَتَّى نَزَلَ إِلَيْهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاعْتَنَقَهَا فَسَكَتَتْ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ xütbə verdikdə, məsciddə olan xurma kötüklərindən birinə söykənərdi. Minbər düzəldikdə xütbəni minbərdə verməyə başladı. Kötük məscid əhlinin eşidəcəyi bir tərzdə dəvə balasının iniltisi kimi bir səs çıxarmağa başladı. Allah Elçisi ﷺ də minbərdən enib onu qucaqladı və o da sakitləşdi”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 1396 (Cümə, 30)

Fəsil 18

Xütbə dedikdə, imamın ayaq üstə dayanması

قِيَامُ الإِمَامِ فِي الْخُطْبَةِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْحَكَمِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ أَبِي عُبَيْدَةَ ، عَنْ كَعْبِ بْنِ عُجْرَةَ ، قَالَ : دَخَلَ الْمَسْجِدَ وَعَبْدُ الرَّحْمَنِ ابْنُ أُمِّ الْحَكَمِ يَخْطُبُ قَاعِدًا ، فَقَالَ : انْظُرُوا إِلَى هَذَا يَخْطُبُ قَاعِدًا ، وَقَدْ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْوًا انْفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا}.

“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “O, məscidə daxil olduqda, Abdur-Rahmən ibn Ummul-Həkəm xütbəni oturaraq verirdi. O dedi: ”Buna baxın! O, oturaraq xütbə verir. Halbuki Allah ﷿ belə buyurur: “Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər” (əl-Cumuə, 11)”.”

Kəb ibn Ucra
SəhihNəsəi, 1397 (Cümə, 31)

Fəsil 19

İmama yaxın durmağın fəziləti

بَابُ الْفَضْلِ فِي الدُّنُوِّ مِنَ الإِمَامِ

أَخْبَرَنَا مَحْمُودُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنِي عُمَرُ بْنُ عَبْدِ الْوَاحِدِ ، قَالَ : سَمِعْتُ يَحْيَى بْنَ الْحَارِثِ يُحَدِّثُ ، عَنْ أَبِي الأَشْعَثِ الصَّنْعَانِيِّ ، عَنْ أَوْسِ بْنِ أَوْسٍ الثَّقَفِيِّ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ غَسَّلَ وَاغْتَسَلَ ، وَابْتَكَرَ وَغَدَا ، وَدَنَا مِنَ الإِمَامِ وَأَنْصَتَ ، ثُمَّ لَمْ يَلْغُ ، كَانَ لَهُ بِكُلِّ خُطْوَةٍ كَأَجْرِ سَنَةٍ صِيَامِهَا وَقِيَامِهَا.

“Əus ibn Əus əs-Səqafi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim yuyunaraq qüsl alar, (Cüməyə) tezdən gedər, imama yaxın oturar və heç bir boş işlə məşğul olmazsa, onun atdığı hər bir addıma bir ilin orucunun və (gecə) namazının savabı yazılar”.”

Əus ibn Əus əs-Səqafi
SəhihNəsəi, 1398 (Cümə, 32)

Fəsil 20

Cümə günü imam minbərdə olarkən insanların çiyinlərinin arasından keçməyin qadağan olunması

النَّهْيُ عَنْ تَخَطِّي رِقَابِ النَّاسِ وَالإِمَامُ عَلَى الْمِنْبَرِ يَوْمَ الْجُمُعَةِ

أَخْبَرَنَا وَهْبُ بْنُ بَيَانٍ ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : سَمِعْتُ مُعَاوِيَةَ بْنَ صَالِحٍ ، عَنْ أَبِي الزَّاهِرِيَّةِ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُسْرٍ ، قَالَ : كُنْتُ جَالِسًا إِلَى جَانِبِهِ يَوْمَ الْجُمُعَةِ ، فَقَالَ : جَاءَ رَجُلٌ يَتَخَطَّى رِقَابَ النَّاسِ ، فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَيِ اجْلِسْ فَقَدْ آذَيْتَ.

“Rəvayət edilir ki, Abdullah ibn Busr ﵁ demişdir: “Mən Cümə günü Allah Elçisinin ﷺ yanında oturmuşdum. O dedi: “Bir kişi insanların arasından keçərək gəldi və Allah Elçisi ﷺ ona dedi: “Otur! Həqiqətən, sən insanlara əziyyət verdin”.”

Abdullah ibn Busr
SəhihNəsəi, 1399 (Cümə, 33)

Fəsil 21

Cümə günü imam xütbə verərkən gələn adamın namaz qılması

بَابُ الصَّلاَةِ يَوْمَ الْجُمُعَةِ لِمَنْ جَاءَ وَالإِمَامُ يَخْطُبُ

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، وَيُوسُفُ بْنُ سَعِيدٍ ، وَاللَّفْظُ لَهُ ، قَالاَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ دِينَارٍ ، أَنَّهُ سَمِعَ جَابِرَ بْنَ عَبْدِ اللهِ ، يَقُولُ : جَاءَ رَجُلٌ وَالنَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمِنْبَرِ يَوْمَ الْجُمُعَةِ فَقَالَ لَهُ : أَرَكَعْتَ رَكْعَتَيْنِ ؟ ، قَالَ : لاَ ، قَالَ : فَارْكَعْ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Cümə günü Peyğəmbər ﷺ minbərdə olanda, bir kişi gəldi və Peyğəmbər ﷺ ona dedi: “Sən iki rükət namaz qılmısan?” O: “Xeyr”- dedi. Peyğəmbər ﷺ dedi: “O iki rükəti qıl!””

Cabir ibn Abdullah
SəhihNəsəi, 1400 (Cümə, 34)

Fəsil 22

Cümə günü xütbə vaxtı susmaq

بَابُ الإِنْصَاتِ لِلْخُطْبَةِ يَوْمَ الْجُمُعَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ عُقَيْلٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ قَالَ لِصَاحِبِهِ يَوْمَ الْجُمُعَةِ وَالإِمَامُ يَخْطُبُ : أَنْصِتْ ، فَقَدْ لَغَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim Cümə günü imam xütbə deyərkən dostuna “Sus!” desə, artıq boş şey danışmış sayılar”.”

Əbu Hureyra
SəhihNəsəi, 1401 (Cümə, 35)

أَخْبَرَنَا عَبْدُ الْمَلِكِ بْنُ شُعَيْبِ بْنِ اللَّيْثِ بْنِ سَعْدٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ جَدِّي ، قَالَ : حَدَّثَنِي عُقَيْلٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُمَرَ بْنِ عَبْدِ الْعَزِيزِ ، عَنْ عَبْدِ اللهِ بْنِ إِبْرَاهِيمَ بْنِ قَارِظٍ ، وَعَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ أَنَّهُمَا حَدَّثَاهُ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِذَا قُلْتَ لِصَاحِبِكَ أَنْصِتْ يَوْمَ الْجُمُعَةِ وَالإِمَامُ يَخْطُبُ فَقَدْ لَغَوْتَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Cümə günü imam xütbə verərkən dostuna “Sus!” deməyin artıq boş bir şey etməkdir”.”

Əbu Hureyra
SəhihNəsəi, 1402 (Cümə, 36)

Fəsil 23

Cümə günü susmağın və boş sözləri tərk etməyin fəziləti

بَابُ فَضْلِ الإِنْصَاتِ وَتَرْكِ اللَّغْوِ يَوْمَ الْجُمُعَةِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ أَبِي مَعْشَرٍ زِيَادِ بْنِ كُلَيْبٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنِ الْقَرْثَعِ الضَّبِّيِّ ، وَكَانَ مِنَ الْقُرَّاءِ الأَوَّلِينَ ، عَنْ سَلْمَانَ ، قَالَ : قَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا مِنْ رَجُلٍ يَتَطَهَّرُ يَوْمَ الْجُمُعَةِ كَمَا أُمِرَ ، ثُمَّ يَخْرُجُ مِنْ بَيْتِهِ حَتَّى يَأْتِيَ الْجُمُعَةَ وَيُنْصِتُ حَتَّى يَقْضِيَ صَلاَتَهُ إِلاَّ كَانَ كَفَّارَةً لِمَا قَبْلَهُ مِنَ الْجُمُعَةِ.

“Rəvayət edilir ki, Salman ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə dedi: “Kişi Cümə günü əmr olunduğu kimi təmizlənsə, sonra öz evindən çıxıb Cümə namazına gəlsə və namaz bitənə qədər sussa, bu onun üçün ondan əvvəlki cümə ilə bu cümə arasında edilənlərə kəffarə olar”.”

Salman
SəhihNəsəi, 1403 (Cümə, 37)

Fəsil 24

Xütbənin oxunuş qaydası

بَابُ كَيْفِيَّةِ الْخُطْبَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ أَبَا إِسْحَاقَ يُحَدِّثُ ، عَنْ أَبِي عُبَيْدَةَ ، عَنْ عَبْدِ اللهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : عَلَّمَنَا خُطْبَةَ الْحَاجَةِ : الْحَمْدُ لِلَّهِ نَسْتَعِينُهُ وَنَسْتَغْفِرُهُ ، وَنَعُوذُ بِاللَّهِ مِنْ شُرُورِ أَنْفُسِنَا ، وَسَيِّئَاتِ أَعْمَالِنَا ، مَنْ يَهْدِهِ اللَّهُ فَلاَ مُضِلَّ لَهُ ، وَمَنْ يُضْلِلْ فَلاَ هَادِيَ لَهُ ، وَأَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، ثُمَّ يَقْرَأُ ثَلاَثَ آيَاتٍ : {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنْتُمْ مُسْلِمُونَ} ، {يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالاً كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالأَرْحَامَ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا} ، {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلاً سَدِيدًا}. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : أَبُو عُبَيْدَةَ لَمْ يَسْمَعْ مِنْ أَبِيهِ شَيْئًا ، وَلاَ عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، وَلاَ عَبْدُ الْجَبَّارِ بْنُ وَائِلِ بْنِ حُجْرٍ.

“Abdullah ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bizə “Xutbətul-Hacə”ni öyrədərək belə buyurdu: “Allaha həmd olsun! Ondan yardım istəyirik, Ondan bağışlanma diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allahın doğru yola yönəltdiyi şəxsi heç kəs azdıra bilməz və azdırdığı şəxsi də heç kim doğru yola yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!” Sonra üç ayə oxudu: “Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” (Ali-İmran, 102); “Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir” (ən-Nisə, 1); “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın” (əl-Əhzab, 70)”.”

Abdullah
SəhihNəsəi, 1404 (Cümə, 38)

Fəsil 25

Xütbə deyərkən imamın qüsl almağa təşviq etməsi

بَابُ حَضِّ الإِمَامِ فِي خُطْبَتِهِ عَلَى الْغُسْلِ يَوْمَ الْجُمُعَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : خَطَبَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : إِذَا رَاحَ أَحَدُكُمْ إِلَى الْجُمُعَةِ فَلْيَغْتَسِلْ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ xütbə deyərkən belə buyurdu: “Sizdən biriniz Cümə namazına gəldikdə qüsl alsın!””

İbn Ömər
SəhihNəsəi, 1405 (Cümə, 39)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ إِبْرَاهِيمَ بْنِ نَشِيطٍ ، أَنَّهُ سَأَلَ ابْنَ شِهَابٍ ، عَنِ الْغُسْلِ يَوْمَ الْجُمُعَةِ ، فَقَالَ : سُنَّةٌ ، وَقَدْ حَدَّثَنِي بِهِ سَالِمُ بْنُ عَبْدِ اللهِ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَكَلَّمَ بِهَا عَلَى الْمِنْبَرِ.

“Rəvayət edilir ki, İbrahim ibn Nəşit ﵀ Səlim ibn Şihabdan Cümə qüslu haqda soruşduqda, o dedi: “Bu, sünnədir. Artıq Səlim ibn Abdullah atasından bu haqda Allah Elçisinin ﷺ minbərdə danışdığını rəvayət etmişdir”.”

İbrahim ibn Nəşit
SəhihNəsəi, 1406 (Cümə, 40)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ وَهُوَ قَائِمٌ عَلَى الْمِنْبَرِ : مَنْ جَاءَ مِنْكُمُ الْجُمُعَةَ فَلْيَغْتَسِلْ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : مَا أَعْلَمُ أَحَدًا تَابَعَ اللَّيْثَ عَلَى هَذَا الإِسْنَادِ غَيْرَ ابْنِ جُرَيْجٍ ، وَأَصْحَابُ الزُّهْرِيِّ يَقُولُونَ : عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِيهِ ، بَدَلَ عَبْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ عُمَرَ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ minbərdə durarkən belə dedi: “Sizdən biriniz Cümə namazına gəldikdə qüsl alsın!””

Abdullah ibn Ömər
SəhihNəsəi, 1407 (Cümə, 41)

Fəsil 26

İmamın Cümə günü xütbə verərkən insanları sədəqəyə təşviq etməsi

بَابُ حَثِّ الإِمَامِ عَلَى الصَّدَقَةِ يَوْمَ الْجُمُعَةِ فِي خُطْبَتِهِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ عِيَاضِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : سَمِعْتُ أَبَا سَعِيدٍ الْخُدْرِيَّ ، يَقُولُ : جَاءَ رَجُلٌ يَوْمَ الْجُمُعَةِ وَالنَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ بِهَيْئَةٍ بَذَّةٍ ، فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَصَلَّيْتَ ؟ قَالَ : لاَ ، قَالَ : صَلِّ رَكْعَتَيْنِ ، وَحَثَّ النَّاسَ عَلَى الصَّدَقَةِ ، فَأَلْقَوْا ثِيَابًا فَأَعْطَاهُ مِنْهَا ثَوْبَيْنِ ، فَلَمَّا كَانَتِ الْجُمُعَةُ الثَّانِيَةُ جَاءَ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ ، فَحَثَّ النَّاسَ عَلَى الصَّدَقَةِ ، قَالَ : فَأَلْقَى أَحَدَ ثَوْبَيْهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : جَاءَ هَذَا يَوْمَ الْجُمُعَةِ بِهَيْئَةٍ بَذَّةٍ ، فَأَمَرْتُ النَّاسَ بِالصَّدَقَةِ ، فَأَلْقَوْا ثِيَابًا ، فَأَمَرْتُ لَهُ مِنْهَا بِثَوْبَيْنِ ، ثُمَّ جَاءَ الآنَ فَأَمَرْتُ النَّاسَ بِالصَّدَقَةِ ، فَأَلْقَى أَحَدَهُمَا ، فَانْتَهَرَهُ وَقَالَ : خُذْ ثَوْبَكَ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Peyğəmbər ﷺ Cümə günü xütbə verərkən bir kişi kasıb bir paltarda gəldi və Allah Elçisi ﷺ ona dedi: “Namaz qılmısanmı?” O: “Xeyr”- dedi: Allah Elçisi ﷺ dedi: “İki rükət namaz qıl!” Sonra insanları sədəqə verməyə təşviq etdi. İnsanlar paltar sədəqə verdilər. Allah Elçisi ﷺ həmin paltarlardan ikisini o kişiyə verdi. Növbəti Cümə günü Allah Elçisi ﷺ xütbə verərkən (yenə o kişi) gəldi və Allah Elçisi ﷺ camaatı yenə sədəqə verməyə təşviq etdi. Həmin kişi ona verilən paltarlardan birini sədəqə üçün qoydu. Allah Elçisi ﷺ dedi: “Keçən Cümə o kişi köhnə paltarla gəlmişdi və mən insanları sədəqəyə təşviq etmişdim. İnsanlar da paltarlarından sədəqə etmişdilər. Mən də o paltarlardan ikisini bu kişiyə verilməsini əmr etmişdim. Bu gün də o gəldi və insanları sədəqə verməyə təşviq etdim. O, keçən həftə ona verilən paltarlardan birini sədəqə verdi”. Allah Elçisi ﷺ onu qınayaraq: “Paltarını götür!”- dedi”.”

Əbu Səid əl-Xudri
HəsənNəsəi, 1408 (Cümə, 42)

Fəsil 27

Minbərdə olarkən imamın camaata söz deməsi

مُخَاطَبَةُ الإِمَامِ رَعِيَّتَهُ وَهُوَ عَلَى الْمِنْبَرِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : بَيْنَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ يَوْمَ الْجُمُعَةِ إِذْ جَاءَ رَجُلٌ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : صَلَّيْتَ ؟ قَالَ : لاَ ، قَالَ : قُمْ فَارْكَعْ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbər ﷺ Cümə günü xütbə verərkən bir kişi gəldi. Peyğəmbər ﷺ ona: “Namaz qıldınmı?”- dedi. O: “Xeyr”- dedikdə, Peyğəmbər: “Dur namaz qıl!”- dedi”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 1409 (Cümə, 43)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا أَبُو مُوسَى إِسْرَائِيلُ بْنُ مُوسَى ، قَالَ : سَمِعْتُ الْحَسَنَ ، يَقُولُ : سَمِعْتُ أَبَا بَكْرَةَ ، يَقُولُ : لَقَدْ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمِنْبَرِ وَالْحَسَنُ مَعَهُ وَهُوَ يُقْبِلُ عَلَى النَّاسِ مَرَّةً وَعَلَيْهِ مَرَّةً ، وَيَقُولُ : إِنَّ ابْنِي هَذَا سَيِّدٌ ، وَلَعَلَّ اللَّهَ أَنْ يُصْلِحَ بِهِ بَيْنَ فِئَتَيْنِ مِنَ الْمُسْلِمِينَ عَظِيمَتَيْنِ.

“Rəvayət edilir ki, Əbu Bəkra ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ minbərdə dayandığını və Həsənin də onun yanında olduğunu gördüm. O, bir dəfə insanlara, bir dəfə də Həsənə çevrilərək diqqət edirdi. Sonra belə buyurdu: “Həqiqətən, bu oğlum seyyiddir (hörmətlidir). Ola bilsin ki, Allah onun vasitəsilə iki böyük müsəlman toplumun arasını düzəltsin”.”

Əbu Bəkra
SəhihNəsəi, 1410 (Cümə, 44)

Fəsil 28

Xütbədə Quran oxumaq

بَاب الْقِرَاءَةِ فِي الْخُطْبَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا هَارُونُ بْنُ إِسْمَعِيلَ ، قَالَ : حَدَّثَنَا عَلِيٌّ وَهُوَ ابْنُ الْمُبَارَكِ ، عَنْ يَحْيَى ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ ابْنَةِ حَارِثَةَ بْنِ النُّعْمَانِ ، قَالَتْ : حَفِظْتُ ق وَالْقُرْآنِ الْمَجِيدِ مِنْ فِي رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ عَلَى الْمِنْبَرِ يَوْمَ الْجُمُعَةِ.

“Rəvayət edilir ki, Haris ibn ən-Numanın qızı ﵂ demişdir: “Mən Cümə günü Allah Elçisinin ﷺ ağzından minbərdə “Qaf. Şərəfli Qurana and olsun!” (Qaf surəsini) əzbərləmişəm”.”

Haris ibn ən-Numanın qızı
SəhihNəsəi, 1411 (Cümə, 45)

Fəsil 29

Xütbədə işarə etmək

بَابُ الإِشَارَةِ فِي الْخُطْبَةِ

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ حُصَيْنٍ ، أَنَّ بِشْرَ بْنَ مَرْوَانَ ، رَفَعَ يَدَيْهِ يَوْمَ الْجُمُعَةِ عَلَى الْمِنْبَرِ ، فَسَبَّهُ عُمَارَةُ بْنُ رُوَيْبَةَ الثَّقَفِيُّ ، وَقَالَ : مَا زَادَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى هَذَا ، وَأَشَارَ بِإِصْبَعِهِ السَّبَّابَةِ.

“Husayn ﵁ rəvayət edir ki, Bişr ibn Mərvan Cümə günü minbərdə olarkən əllərini qaldırdı. Umarə ibn Ruveybə əs-Səqafi onu qınadı və şəhadət barmağı ilə işarə edərək dedi: “Allah Elçisi ﷺ bunun üzərinə heç bir şey əlavə etməmişdir”.”

Husayn
SəhihNəsəi, 1412 (Cümə, 46)

Fəsil 30

Cümə günü imamın xütbəni bitirməmiş minbərdən aşağı enməsi və yenidən minbərə qayıtması

بَابُ نُزُولِ الإِمَامِ عَنِ الْمِنْبَرِ قَبْلَ فَرَاغِهِ مِنَ الْخُطْبَةِ ، وَقَطْعِهِ كَلاَمَهُ وَرُجُوعِهِ إِلَيْهِ يَوْمَ الْجُمُعَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْعَزِيزِ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنْ حُسَيْنِ بْنِ وَاقِدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ ، فَجَاءَ الْحَسَنُ وَالْحُسَيْنُ رَضِيَ اللَّهُ عَنْهُمَا ، وَعَلَيْهِمَا قَمِيصَانِ أَحْمَرَانِ يَعْثُرَانِ فِيهِمَا ، فَنَزَلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَطَعَ كَلاَمَهُ ، فَحَمَلَهُمَا ثُمَّ عَادَ إِلَى الْمِنْبَرِ ، ثُمَّ قَالَ : صَدَقَ اللَّهُ : {إِنَّمَا أَمْوَالُكُمْ وَأَوْلاَدُكُمْ فِتْنَةٌ} ، رَأَيْتُ هَذَيْنِ يَعْثُرَانِ فِي قَمِيصَيْهِمَا ، فَلَمْ أَصْبِرْ حَتَّى قَطَعْتُ كَلاَمِي فَحَمَلْتُهُمَا.

“Abdullah ibn Bureydə atasının ﵁ belə dediyini rəvayət edir: “Peyğəmbər ﷺ xütbə deyirdi. Bu vaxt Həsən və Hüseyn ﵄ gəldi. Onların üzərində qırmızı paltar var idi. Onlar ayaqları ilişə-ilişə gəlirdilər. Peyğəmbər ﷺ sözünü kəsərək minbərdən aşağı endi və onları qucağına götürüb dedi: “Allah doğru söyləmişdir: “...var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır” (əl-Ənfal, 28). Mən bunların ayaqları paltarlarına ilişə-ilişə gəldiklərini gördüm, səbir edə bilmədim, sözümü kəsdim və onları qucağıma götürdüm”.”

Abdullah ibn Bureydə atasından
SəhihNəsəi, 1413 (Cümə, 47)

Fəsil 31

Xütbəni nə qədər qısaltmaq olar

بَابُ مَا يُسْتَحَبُّ مِنْ تَقْصِيرِ الْخُطْبَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْعَزِيزِ بْنِ غَزْوَانَ ، قَالَ : أَنْبَأَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنِ الْحُسَيْنِ بْنِ وَاقِدٍ ، قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ عُقَيْلٍ ، قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ أَبِي أَوْفَى ، يَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ الذِّكْرَ ، وَيُقِلُّ اللَّغْوَ ، وَيُطِيلُ الصَّلاَةَ ، وَيُقَصِّرُ الْخُطْبَةَ ، وَلاَ يَأْنَفُ أَنْ يَمْشِيَ مَعَ الأَرْمَلَةِ ، وَالْمِسْكِينِ فَيَقْضِيَ لَهُ الْحَاجَةَ.

“Rəvayət edilir ki, Abdullah ibn Əbu Əufə ﵁ demişdir: “Allah Elçisi ﷺ çox zikr edər, boş sözlər danışmaz, namazı uzadar, xütbəni isə qısa edər, üstəlik, dul qadınlara və kasıblara baş çəkib onların ehtiyaclarını ödəməyi özünə ar bilməzdi”.”

Abdullah ibn Əbu Əufə
SəhihNəsəi, 1414 (Cümə, 48)

Fəsil 32

Xütbə neçə dəfə verilir

بَابُ كَمْ يَخْطُبُ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ سِمَاكٍ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ ، قَالَ : جَالَسْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَمَا رَأَيْتُهُ يَخْطُبُ إِلاَّ قَائِمًا وَيَجْلِسُ ، ثُمَّ يَقُومُ فَيَخْطُبُ الْخُطْبَةَ الآخِرَةَ.

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ yanında oturdum. Onun ayaq üstə xütbə verdiyini gördüm. Oturar, sonra qalxıb axırıncı xütbəsini verərdi”.”

Cabir ibn Səmura
SəhihNəsəi, 1415 (Cümə, 49)

Fəsil 33

İki xütbə arasını ayırmaq üçün oturmaq

بَابُ الْفَصْلِ بَيْنَ الْخُطْبَتَيْنِ بِالْجُلُوسِ

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ الْمُفَضَّلِ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَخْطُبُ الْخُطْبَتَيْنِ وَهُوَ قَائِمٌ ، وَكَانَ يَفْصِلُ بَيْنَهُمَا بِجُلُوسٍ.

“Abdullah ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ ayaq üstə iki xütbə verər, onların arasını oturmaqla ayırardı.”

Abdullah
SəhihNəsəi, 1416 (Cümə, 50)

Fəsil 34

İki xütbə arasında oturduqda susmaq

بَابُ السُّكُوتِ فِي الْقَعْدَةِ بَيْنَ الْخُطْبَتَيْنِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، يَعْنِي ابْنَ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا إِسْرَائِيلُ ، قَالَ : حَدَّثَنَا سِمَاكٌ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ ، قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ يَوْمَ الْجُمُعَةِ قَائِمًا ، ثُمَّ يَقْعُدُ قِعْدَةً لاَ يَتَكَلَّمُ ، ثُمَّ يَقُومُ فَيَخْطُبُ خُطْبَةً أُخْرَى ، فَمَنْ حَدَّثَكُمْ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَخْطُبُ قَاعِدًا فَقَدْ كَذَبَ.

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Mən Cümə günü Allah Elçisinin ﷺ ayaq üstə xütbə verdiyini gördüm. Sonra o oturdu və susdu. Sonra qalxıb başqa xütbə verdi. Kim sizə desə ki, “Allah Elçisi ﷺ oturaraq xütbə verib”- o, yalan danışmışdır”.”

Cabir ibn Səmura
HəsənNəsəi, 1417 (Cümə, 51)

Fəsil 35

İkinci xütbədə Quran oxumaq və zikr etmək

بَابُ الْقِرَاءَةِ فِي الْخُطْبَةِ الثَّانِيَةِ وَالذِّكْرِ فِيهَا

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سِمَاكٍ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ قَائِمًا ، ثُمَّ يَجْلِسُ ، ثُمَّ يَقُومُ ، وَيَقْرَأُ آيَاتٍ وَيَذْكُرُ اللَّهَ عَزَّ وَجَلَّ ، وَكَانَتْ خُطْبَتُهُ قَصْدًا وَصَلاَتُهُ قَصْدًا.

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Peyğəmbər ﷺ ayaq üstə xütbə verər, sonra oturar, sonra yenə qalxar, bəzi ayələr oxuyar və Allahı ﷿ zikr edərdi. Onun xütbəsi də, namazı da vaxt baxımından bir-birinə bərabər olardı”.”

Cabir ibn Səmura
HəsənNəsəi, 1418 (Cümə, 52)

Fəsil 36

Minbərdən aşağı düşdükdə dayanıb danışmaq

الْكَلاَمُ وَالْقِيَامُ بَعْدَ النُّزُولِ عَنِ الْمِنْبَرِ

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ مَيْمُونٍ ، قَالَ : حَدَّثَنَا الْفِرْيَابِيُّ ، قَالَ : حَدَّثَنَا جَرِيرُ بْنُ حَازِمٍ ، عَنْ ثَابِتٍ الْبُنَانِيِّ ، عَنْ أَنَسٍ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَنْزِلُ عَنِ الْمِنْبَرِ فَيَعْرِضُ لَهُ الرَّجُلُ ، فَيُكَلِّمُهُ فَيَقُومُ مَعَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى يَقْضِيَ حَاجَتَهُ ، ثُمَّ يَتَقَدَّمُ إِلَى مُصَلاَّهُ فَيُصَلِّي.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ minbərdən aşağı düşər, bir kişi ehtiyacından dolayı ona yaxınlaşar, Peyğəmbər ﷺ onun ehtiyaclarına qulaq asmaq üçün onunla söhbət edərdi. Sonra namaz qıldığı yerə keçər və namazı qılardı”.”

Ənəs
ZəifNəsəi, 1419 (Cümə, 53)

Fəsil 37

Cümə namazının rükətlərinin sayı

عَدَدُ صَلاَةِ الْجُمْعَةِ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ زُبَيْدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، قَالَ : قَالَ عُمَرُ : صَلاَةُ الْجُمُعَةِ رَكْعَتَانِ ، وَصَلاَةُ الْفِطْرِ رَكْعَتَانِ ، وَصَلاَةُ الأَضْحَى رَكْعَتَانِ ، وَصَلاَةُ السَّفَرِ رَكْعَتَانِ تَمَامٌ غَيْرُ قَصْرٍ عَلَى لِسَانِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِي لَيْلَى لَمْ يَسْمَعْ مِنْ عُمَرَ.

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Cümə namazı iki rükətdir. Ramazan bayramı namazı iki rükətdir. Qurban bayramı namazı iki rükətdir. Səfər namazı tam olaraq iki rükətdir. Muhəmməd ﷺ belə demişdir”.”

Ömər
SəhihNəsəi, 1420 (Cümə, 54)

Fəsil 38

Cümə namazında “əl-Cumuə” və “əl-Munafiqun” surələrini oxumaq

الْقِرَاءَةُ فِي صَلاَةِ الْجُمُعَةِ بِسُورَةِ الْجُمُعَةِ وَالْمُنَافِقِينَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى الصَّنْعَانِيُّ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : أَخْبَرَنِي مُخَوَّلٌ ، قَالَ : سَمِعْتُ مُسْلِمًا الْبَطِينَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ يَوْمَ الْجُمُعَةِ فِي صَلاَةِ الصُّبْحِ الم تَنْزِيلُ وَهَلْ أَتَى عَلَى الإِنْسَانِ ، وَفِي صَلاَةِ الْجُمُعَةِ بِسُورَةِ الْجُمُعَةِ وَالْمُنَافِقِينَ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Cümə gününün Sübh namazında “Əlif. Ləm. Mim...” (əs-Səcdə) və “Doğrudanmı insanın...” (əl-İnsan) surələrini, Cümə namazında isə “əl-Cumuə” və “əl-Munafiqun” surələrini oxuyardı”.”

İbn Abbas
SəhihNəsəi, 1421 (Cümə, 55)

Fəsil 39

Cümə namazında “əl-Ə'lə” və “əl-Ğaşiyə” surələrini oxumaq

الْقِرَاءَةُ فِي صَلاَةِ الْجُمُعَةِ بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} وَ {هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ}

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ شُعْبَةَ ، قَالَ : أَخْبَرَنِي مَعْبَدُ بْنُ خَالِدٍ ، عَنْ زَيْدِ بْنِ عُقْبَةَ ، عَنْ سَمُرَةَ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِي صَلاَةِ الْجُمُعَةِ بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} وَ{هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ}.

“Rəvayət edilir ki, Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ Cümə namazında “Ən Uca Rəbbinin adına təriflər de!” (əl-Ə'lə) və “Aləmi Çulğalayanın xəbəri sənə gəlib çatdımı?” (əl-Ğaşiyə) surələrini oxuyardı”.”

Səmura
SəhihNəsəi, 1422 (Cümə, 56)

Fəsil 40

ən-Numan ibn Bəşirin ﵁ Cümə namazında nəyin oxunması barəsində ixtilafı haqda

ذِكْرُ الاِخْتِلاَفِ عَلَى النُّعْمَانِ بْنِ بَشِيرٍ فِي الْقِرَاءَةِ فِي صَلاَةِ الْجُمُعَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ ضَمْرَةَ بْنِ سَعِيدٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ الضَّحَّاكَ بْنَ قَيْسٍ سَأَلَ النُّعْمَانَ بْنَ بَشِيرٍ : مَاذَا كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ يَوْمَ الْجُمُعَةِ عَلَى إِثْرِ سُورَةِ الْجُمُعَةِ ؟ قَالَ : كَانَ يَقْرَأُ {هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ}.

“Ubeydullah ibn Abdullah ﵀ rəvayət edir ki, əd-Dahhak ibn Qeys ən-Numan ibn Bəşirdən soruşdu: “Allah Elçisi ﷺ Cümə namazında “əl-Cumuə” surəsindən başqa hansı surəni oxuyardı?” ən-Numan ibn Bəşir dedi: “O, “Aləmi Çulğalayanın xəbəri sənə gəlib çatdımı?” (əl-Ğaşiyə surəsini) oxuyardı”.”

Ubeydullah ibn Abdullah
SəhihNəsəi, 1423 (Cümə, 57)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ شُعْبَةَ ، أَنَّ إِبْرَاهِيمَ بْنَ مُحَمَّدِ بْنِ الْمُنْتَشِرِ أَخْبَرَهُ ، قَالَ : سَمِعْتُ أَبِي يُحَدِّثُ ، عَنْ حَبِيبِ بْنِ سَالِمٍ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِي الْجُمُعَةِ بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ، وَ{هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ} ، وَرُبَّمَا اجْتَمَعَ الْعِيدُ وَالْجُمُعَةُ ، فَيَقْرَأُ بِهِمَا فِيهِمَا جَمِيعًا.

“Rəvayət edilir ki, ən-Numan ibn Bəşir ﵁ demişdir: “Allah Elçisi ﷺ Cümə namazında “Ən Uca Rəbbinin adına təriflər de!” (əl-Ə'lə) və “Aləmi Çulğalayanın xəbəri sənə gəlib çatdımı?” (əl-Ğaşiyə) surələrini oxuyardı. Hərdən Cümə ilə bayram namazları üst-üstə düşərdi. Onda da həmin surələri oxuyardı”.”

ən-Numan ibn Bəşir
SəhihNəsəi, 1424 (Cümə, 58)

Fəsil 41

Cümə namazının bir rükətinə çatan haqda

مَنْ أَدْرَكَ رَكْعَةً مِنْ صَلاَةِ الْجُمُعَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، وَمُحَمَّدُ بْنُ مَنْصُورٍ ، وَاللَّفْظُ لَهُ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ أَدْرَكَ مِنْ صَلاَةِ الْجُمُعَةِ رَكْعَةً فَقَدْ أَدْرَكَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim Cümə namazının bir rükətinə çatsa, artıq (tam şəkildə) Cüməyə çatmış olar”.”

Əbu Hureyra
ZəifNəsəi, 1425 (Cümə, 59)

Fəsil 42

Cümə namazından sonra məsciddə qılınan namazların sayı

عَدَدُ الصَّلاَةِ بَعْدَ الْجُمُعَةِ فِي الْمَسْجِدِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ سُهَيْلٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا صَلَّى أَحَدُكُمُ الْجُمُعَةَ فَلْيُصَلِّ بَعْدَهَا أَرْبَعًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz Cümə namazını qıldıqdan sonra dörd rükət namaz qılsın”.”

Əbu Hureyra
SəhihNəsəi, 1426 (Cümə, 60)

Fəsil 43

İmamın Cümə namazından sonra namaz qılması

صَلاَةُ الإِمَامِ بَعْدَ الْجُمُعَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ لاَ يُصَلِّي بَعْدَ الْجُمُعَةِ حَتَّى يَنْصَرِفَ فَيُصَلِّيَ رَكْعَتَيْنِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Cümə namazından sonra çıxıb gedənə qədər namaz qılmazdı. (Evinə) qayıdanda isə iki rükət namaz qılardı.”

İbn Ömər
SəhihNəsəi, 1427 (Cümə, 61)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي بَعْدَ الْجُمُعَةِ رَكْعَتَيْنِ فِي بَيْتِهِ.

“Səlim atasının ﵁ belə dediyini rəvayət edir: “Allah Elçisi ﷺ Cümə namazından sonra evində iki rükət namaz qılardı”.”

Səlim atasından
SəhihNəsəi, 1428 (Cümə, 62)

Fəsil 44

Cümə namazından sonrakı iki rükəti uzadaraq qılmaq

بَابُ إِطَالَةِ الرَّكْعَتَيْنِ بَعْدَ الْجُمُعَةِ

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ اللهِ ، عَنْ يَزِيدَ وَهُوَ ابْنُ هَارُونَ ، قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، عَنْ أَيُّوبَ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّهُ كَانَ يُصَلِّي بَعْدَ الْجُمُعَةِ رَكْعَتَيْنِ يُطِيلُ فِيهِمَا ، وَيَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَفْعَلُهُ.

“Nafi ﵀ rəvayət edir ki, İbn Ömər Cümə namazından sonrakı iki rükəti uzadaraq qılar və deyərdi: “Allah Elçisi ﷺ belə edərdi”.”

Nafi
ZəifNəsəi, 1429 (Cümə, 63)

Fəsil 45

Cümə günü duaların qəbul olunan saatı haqda

ذِكْرُ السَّاعَةِ الَّتِي يُسْتَجَابُ فِيهَا الدُّعَاءُ يَوْمَ الْجُمُعَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا بَكْرٌ ، يَعْنِي ابْنَ مُضَرَ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : أَتَيْتُ الطُّورَ فَوَجَدْتُ ثَمَّ كَعْبًا ، فَمَكَثْتُ أَنَا وَهُوَ يَوْمًا أُحَدِّثُهُ عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَيُحَدِّثُنِي عَنِ التَّوْرَاةِ ، فَقُلْتُ لَهُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَيْرُ يَوْمٍ طَلَعَتْ فِيهِ الشَّمْسُ يَوْمُ الْجُمُعَةِ ، فِيهِ خُلِقَ آدَمُ ، وَفِيهِ أُهْبِطَ ، وَفِيهِ تِيبَ عَلَيْهِ ، وَفِيهِ قُبِضَ ، وَفِيهِ تَقُومُ السَّاعَةُ ، مَا عَلَى الأَرْضِ مِنْ دَابَّةٍ إِلاَّ وَهِيَ تُصْبِحُ يَوْمَ الْجُمُعَةِ مُصِيخَةً ، حَتَّى تَطْلُعَ الشَّمْسُ شَفَقًا مِنَ السَّاعَةِ إِلاَّ ابْنَ آدَمَ ، وَفِيهِ سَاعَةٌ لاَ يُصَادِفُهَا مُؤْمِنٌ وَهُوَ فِي الصَّلاَةِ يَسْأَلُ اللَّهَ فِيهَا شَيْئًا إِلاَّ أَعْطَاهُ إِيَّاهُ فَقَالَ كَعْبٌ : ذَلِكَ يَوْمٌ فِي كُلِّ سَنَةٍ ، فَقُلْتُ : بَلْ هِيَ فِي كُلِّ جُمُعَةٍ ، فَقَرَأَ كَعْبٌ التَّوْرَاةَ ، ثُمَّ قَالَ : صَدَقَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ هُوَ فِي كُلِّ جُمُعَةٍ . فَخَرَجْتُ فَلَقِيتُ بَصْرَةَ بْنَ أَبِي بَصْرَةَ الْغِفَارِيَّ ، فَقَالَ : مِنْ أَيْنَ جِئْتَ ؟ قُلْتُ : مِنَ الطُّورِ ، قَالَ : لَوْ لَقِيتُكَ مِنْ قَبْلِ أَنْ تَأْتِيَهُ لَمْ تَأْتِهِ ، قُلْتُ لَهُ : وَلِمَ ؟ قَالَ : إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لاَ تُعْمَلُ الْمَطِيُّ إِلاَّ إِلَى ثَلاَثَةِ مَسَاجِدَ : الْمَسْجِدِ الْحَرَامِ وَمَسْجِدِي وَمَسْجِدِ بَيْتِ الْمَقْدِسِ فَلَقِيتُ عَبْدَ اللهِ بْنَ سَلاَمٍ ، فَقُلْتُ : لَوْ رَأَيْتَنِي خَرَجْتُ إِلَى الطُّورِ فَلَقِيتُ كَعْبًا فَمَكَثْتُ أَنَا وَهُوَ يَوْمًا أُحَدِّثُهُ عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَيُحَدِّثُنِي عَنِ التَّوْرَاةِ ، فَقُلْتُ لَهُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَيْرُ يَوْمٍ طَلَعَتْ فِيهِ الشَّمْسُ يَوْمُ الْجُمُعَةِ فِيهِ خُلِقَ آدَمُ ، وَفِيهِ أُهْبِطَ ، وَفِيهِ تِيبَ عَلَيْهِ ، وَفِيهِ قُبِضَ ، وَفِيهِ تَقُومُ السَّاعَةُ ، مَا عَلَى الأَرْضِ مِنْ دَابَّةٍ إِلاَّ وَهِيَ تُصْبِحُ يَوْمَ الْجُمُعَةِ مُصِيخَةً حَتَّى تَطْلُعَ الشَّمْسُ شَفَقًا مِنَ السَّاعَةِ إِلاَّ ابْنَ آدَمَ ، وَفِيهِ سَاعَةٌ لاَ يُصَادِفُهَا عَبْدٌ مُؤْمِنٌ وَهُوَ فِي الصَّلاَةِ يَسْأَلُ اللَّهَ شَيْئًا ، إِلاَّ أَعْطَاهُ إِيَّاهُ قَالَ كَعْبٌ : ذَلِكَ يَوْمٌ فِي كُلِّ سَنَةٍ ، فَقَالَ عَبْدُ اللهِ بْنُ سَلاَمٍ : كَذَبَ كَعْبٌ ، قُلْتُ : ثُمَّ قَرَأَ كَعْبٌ ، فَقَالَ : صَدَقَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : هُوَ فِي كُلِّ جُمُعَةٍ ، فَقَالَ عَبْدُ اللهِ : صَدَقَ كَعْبٌ إِنِّي لأَعْلَمُ تِلْكَ السَّاعَةَ ، فَقُلْتُ : يَا أَخِي ، حَدِّثْنِي بِهَا ، قَالَ : هِيَ آخِرُ سَاعَةٍ مِنْ يَوْمِ الْجُمُعَةِ قَبْلَ أَنْ تَغِيبَ الشَّمْسُ فَقُلْتُ : أَلَيْسَ قَدْ سَمِعْتَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لاَ يُصَادِفُهَا مُؤْمِنٌ وَهُوَ فِي الصَّلاَةِ ، وَلَيْسَتْ تِلْكَ السَّاعَةَ صَلاَةٌ ، قَالَ : أَلَيْسَ قَدْ سَمِعْتَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ صَلَّى ، وَجَلَسَ يَنْتَظِرُ الصَّلاَةَ لَمْ يَزَلْ فِي صَلاَتِهِ حَتَّى تَأْتِيَهُ الصَّلاَةُ الَّتِي تُلاَقِيهَا قُلْتُ : بَلَى ، قَالَ : فَهُوَ كَذَلِكَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Tur dağına getmişdim və orada Kəbi gördüm. Biz orada bir gün qaldıq. Mən ona Allah Elçisi ﷺ haqqında danışdım. O da mənə Tövrat haqda danışdı. Mən ona dedim: “Allah Elçisi ﷺ belə deyib: “Üzərinə Günəşin doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm yaradıldı, o gün Cənnətdən qovuldu, o gün də onun tövbəsi qəbul edildi. O gün o öldü və o gün də Qiyamət qopacaq. Yer üzərində Adəm övladından başqa elə bir canlı yoxdur ki, Cümə günü şəfəq açılana qədər Qiyamətin qopmasına görə qorxu içində olmasın. Bu gündə elə bir saat var ki, mömin bu saatda namazda Allahdan bir şey istəsə, Allah bunu ona verər”. Kəb dedi: “Bu hər ildədirmi?” Mən ona dedim: “Əksinə, bu, hər Cümə günüdür”. Kəb Tövratı oxudu və sonra dedi: “Allah Elçisi ﷺ düz demişdir. Bu, hər Cümə günüdür.” Mən çıxıb getdikdə, yolda Bəsra ibn Əbu Bəsra əl-Ğifarini gördüm. O, mənə dedi: “Sən hardan gəlirsən?” Mən dedim: “Tur dağından”. O dedi: “Əgər mən səni ora getməmişdən qabaq görsəydim, sən ora getməzdin”. Mən dedim: “Nəyə görə?” O dedi: “ Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Üç məsciddən başqa (yerə) ziyarət üçün səfər edilməz; Məscidul-Haram (Kəbə), mənim məscidim (Mədinədəki məscid) və Beytul-Məqdisdə (Aqsa) olan məscid”. Sonra mən Abdullah ibn Səlam ilə rastlaşdım və ona dedim: “Mən Tur dağına çıxmış və Kəblə görüşmüşdüm. Onunla bir gün qalaraq Allah Elçisi ﷺ haqda danışdım. O da mənə Tövrat haqda danışdı. Mən ona dedim: “Allah Elçisi ﷺ belə deyib: “Günəşin üzərinə doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm yaradıldı, o gün Cənnətdən qovuldu, o gün də onun tövbəsi qəbul edildi. O gün o öldü və o gün də Qiyamət qopacaq. Yer üzərində Adəm övladından başqa elə bir canlı yoxdur ki, Cümə günü şəfəq açılana qədər Qiyamətin qopmasına görə qorxu içində olmasın. Bu gündə elə bir saat var ki, mömin bu saatda namazda Allahdan bir şey istəsə, Allah bunu ona verər”. Kəb dedi: “Bu, hər ildə bir gündür”. Abdullah ibn Səlam dedi: “Kəb düz deməyib”. Mən dedim: “Sonra Kəb ayə oxudu və dedi: “Allah Elçisi ﷺ düz demişdir. Bu, hər Cümədədir”. Abdullah dedi: “Kəb doğru söyləmişdir. Mən bunun hansı saat olduğunu bilirəm. Mən dedim: “Ey qardaşım, bu haqda mənə xəbər ver”. O dedi: “Bu, Cümə gününün günəş batmamışdan qabaq son saatıdır”. Mən dedim: “Sən bunu Allah Elçisindən ﷺ eşitdinmi?” O dedi: “Sən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitməmisənmi?! “Mömin bəndə bu saatda namazda Allahdan bir şey istəyərsə, istədiyi ona verilər”. Halbuki, bu saatda namaz qılınmır. Sən Allah Elçisindən ﷺ eşitməmisənmi?! O demişdi: “Kim namaz qılıb oturduğu yerdə namazı gözləyərsə, namazı qılana qədər namazda olmuş kimi sayılar”. Mən: “Bəli, belədir”- dedim. O da dedi: “Bəli, belədir”.”

Əbu Hureyra
SəhihNəsəi, 1430 (Cümə, 64)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ حَنْبَلٍ ، قَالَ : حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ خَالِدٍ ، عَنْ رَبَاحٍ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : حَدَّثَنِي سَعِيدٌ ، عَنْ أَبِي هُرَيْرَةَ : عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ فِي الْجُمُعَةِ سَاعَةً لاَ يُوَافِقُهَا عَبْدٌ مُسْلِمٌ يَسْأَلُ اللَّهَ فِيهَا شَيْئًا إِلاَّ أَعْطَاهُ إِيَّاهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Cümə günündə elə bir saat var ki, hər hansı müsəlman bəndə həmin saatda Allahdan ﷿ bir şey istəyərsə, Allah ona istədiyini verər”.”

Əbu Hureyra
SəhihNəsəi, 1431 (Cümə, 65)

أَخْبَرَنَا عَمْرُو بْنُ زُرَارَةَ ، قَالَ : أَنْبَأَنَا إِسْمَعِيلُ ، عَنْ أَيُّوبَ ، عَنْ مُحَمَّدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ أَبُو الْقَاسِمِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ فِي الْجُمُعَةِ سَاعَةً لاَ يُوَافِقُهَا عَبْدٌ مُسْلِمٌ قَائِمٌ يُصَلِّي يَسْأَلُ اللَّهَ عَزَّ وَجَلَّ شَيْئًا إِلاَّ أَعْطَاهُ إِيَّاهُ قُلْنَا : يُقَلِّلُهَا يُزَهِّدُهَا. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : لاَ نَعْلَمُ أَحَدًا حَدَّثَ بِهَذَا الْحَدِيثِ غَيْرَ رَبَاحٍ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، إِلاَّ أَيُّوبَ بْنَ سُوَيْدٍ ، فَإِنَّهُ حَدَّثَ بِهِ عَنْ يُونُسَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدٍ ، وَأَبِي سَلَمَةَ ، وَأَيُّوبُ بْنُ سُوَيْدٍ مَتْرُوكُ الْحَدِيثِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Əbul-Qasim (yəni Peyğəmbər ﷺ) buyurdu: “Həqiqətən, Cümə günündə elə bir saat var ki, həmin saatda hər hansı müsəlman qul namazda Allahdan ﷿ bir şey istəyərsə, Allah ona istədiyini verər”. Biz dedik: “Bu saat az və qısadır”.”

Əbu Hureyra
SəhihNəsəi, 1432 (Cümə, 66)