Səfərdə sünnə namazlarının tərk edilməsi
أَخْبَرَنِي أَحْمَدُ بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا الْعَلاَءُ بْنُ زُهَيْرٍ ، قَالَ : حَدَّثَنَا وَبَرَةُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : كَانَ ابْنُ عُمَرَ لاَ يَزِيدُ فِي السَّفَرِ عَلَى رَكْعَتَيْنِ ، لاَ يُصَلِّي قَبْلَهَا ، وَلاَ بَعْدَهَا ، فَقِيلَ لَهُ : مَا هَذَا ؟ قَالَ : هَكَذَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ.
“Rəvayət edilir ki, Vəbəra ibn Abdur-Rahmən ﵀ demişdir: “İbn Ömər səfərdə qılınan iki rükət namaza heç bir şey əlavə etməz, ondan qabaq və ondan sonra da heç nə qılmazdı. Ona deyildi: “Bu nədir?” O dedi: “Mən Allah Elçisinin ﷺ belə etdiyini görmüşəm”.”
İstinad
Nəsəi, 1457 (Qəsr, 25)
Sunən ən-Nəsəi — Səfərdə namazı qısaltmaq kitabı