Səfərdə sünnə namazlarının tərk edilməsi
أَخْبَرَنِي نُوحُ بْنُ حَبِيبٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عِيسَى بْنُ حَفْصِ بْنِ عَاصِمٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : كُنْتُ مَعَ ابْنِ عُمَرَ فِي سَفَرٍ ، فَصَلَّى الظُّهْرَ وَالْعَصْرَ رَكْعَتَيْنِ ، ثُمَّ انْصَرَفَ إِلَى طِنْفِسَةٍ لَهُ فَرَأَى قَوْمًا يُسَبِّحُونَ ، قَالَ : مَا يَصْنَعُ هَؤُلاَءِ ؟ قُلْتُ : يُسَبِّحُونَ ، قَالَ : لَوْ كُنْتُ مُصَلِّيًا قَبْلَهَا أَوْ بَعْدَهَا لأَتْمَمْتُهَا ، صَحِبْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَكَانَ لاَ يَزِيدُ فِي السَّفَرِ عَلَى الرَّكْعَتَيْنِ ، وَأَبَا بَكْرٍ حَتَّى قُبِضَ ، وَعُمَرَ وَعُثْمَانَ رَضِيَ اللَّهُ عَنْهُمْ كَذَلِكَ.
“Rəvayət edilir ki, İsa ibn Həfs ibn Asim ﵀ demişdir: “Atam belə dedi: “Bir dəfə mən İbn Ömərlə birlikdə səfərdə idim. O, Zöhr və Əsr namazını iki rükət qıldı. Sonra xalçasına tərəf çevrildi. İnsanların namaz qıldıqlarını gördü və dedi: “Onlar nə edirlər?” Mən dedim: “Onlar nafilə namaz qılırlar”. O dedi: “Əgər mən bundan qabaq və ya bundan sonra namaz qılsaydım, onu tamamlayardım (yəni fərz namazlarını dörd rükət qılsaydım, sünnə namazlarını da qılardım). Mən Allah Elçisi ﷺ ilə birlikdə yol çıxmışam. O, səfərdə iki rükətdən artıq namaz qılmazdı. Əbu Bəkr, Ömər və Osman ﵃ da ölənə kimi belə etdilər”.”
İstinad
Nəsəi, 1458 (Qəsr, 26)
Sunən ən-Nəsəi — Səfərdə namazı qısaltmaq kitabı