Yağış duası etdikdə imamın minbərdə oturması
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُبَيْدِ بْنِ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَعِيلَ ، عَنْ هِشَامِ بْنِ إِسْحَاقَ بْنِ عَبْدِ اللهِ بْنِ كِنَانَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : سَأَلْتُ ابْنَ عَبَّاسٍ عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الاِسْتِسْقَاءِ ، فَقَالَ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُتَبَذِّلاً ، مُتَوَاضِعًا ، مُتَضَرِّعًا ، فَجَلَسَ عَلَى الْمِنْبَرِ فَلَمْ يَخْطُبْ خُطْبَتَكُمْ هَذِهِ ، وَلَكِنْ لَمْ يَزَلْ فِي الدُّعَاءِ وَالتَّضَرُّعِ وَالتَّكْبِيرِ ، وَصَلَّى رَكْعَتَيْنِ كَمَا كَانَ يُصَلِّي فِي الْعِيدَيْنِ.
“Hişam ibn İshaq ibn Abdullah ibn Kinanə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “İbn Abbasdan Allah Elçisinin ﷺ yağış istəmək üçün qıldığı namazı haqqında soruşdum. O dedi: “Allah Elçisi ﷺ üst-başı dağınıq halda (libasını səhmana salmadan), təvazökarlıq və sadəlik içində çıxdı. Minbərdə oturdu və xütbə verdi, lakin bu xütbə sizin xütbənizə oxşamırdı. Xütbəsində dua edər, yalvarıb-yaxarar və təkbir edərdi. (Sonra da) bayram namazları kimi iki rükət namaz qıldı”.”
İstinad
Nəsəi, 1508 (İstisqa, 5)
Sunən ən-Nəsəi — İstisqa (yağışın yağması üçün dua etmək) kitabı