أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شَرِيكُ بْنُ عَبْدِ اللهِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ رَجُلاً دَخَلَ الْمَسْجِدَ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ يَخْطُبُ ، فَاسْتَقْبَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمًا وَقَالَ : يَا رَسُولَ اللهِ ، هَلَكَتِ الأَمْوَالُ ، وَانْقَطَعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ أَنْ يُغِيثَنَا ، فَرَفَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ ثُمَّ قَالَ : اللَّهُمَّ أَغِثْنَا ، اللَّهُمَّ أَغِثْنَا ، قَالَ أَنَسٌ : وَلاَ وَاللَّهِ مَا نَرَى فِي السَّمَاءِ مِنْ سَحَابَةٍ وَلاَ قَزَعَةٍ وَمَا بَيْنَنَا وَبَيْنَ سَلْعٍ مِنْ بَيْتٍ وَلاَ دَارٍ ، فَطَلَعَتْ سَحَابَةٌ مِثْلُ التُّرْسِ ، فَلَمَّا تَوَسَّطَتِ السَّمَاءَ انْتَشَرَتْ وَأَمْطَرَتْ ، قَالَ أَنَسٌ : وَلاَ وَاللَّهِ مَا رَأَيْنَا الشَّمْسَ سَبْتًا ، قَالَ : ثُمَّ دَخَلَ رَجُلٌ مِنْ ذَلِكَ الْبَابِ فِي الْجُمُعَةِ الْمُقْبِلَةِ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ يَخْطُبُ ، فَاسْتَقْبَلَهُ قَائِمًا فَقَالَ : يَا رَسُولَ اللهِ صَلَّى اللَّهُ وَسَلَّمَ عَلَيْكَ ، هَلَكَتِ الأَمْوَالُ ، وَانْقَطَعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ أَنْ يُمْسِكَهَا عَنَّا ، فَرَفَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ ، فَقَالَ : اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا ، اللَّهُمَّ عَلَى الآكَامِ وَالظِّرَابِ ، وَبُطُونِ الأَوْدِيَةِ ، وَمَنَابِتِ الشَّجَرِ ، قَالَ : فَأَقْلَعَتْ ، وَخَرَجْنَا نَمْشِي فِي الشَّمْسِ قَالَ شَرِيكٌ : سَأَلْتُ أَنَسًا : أَهُوَ الرَّجُلُ الأَوَّلُ ؟ قَالَ : لاَ.
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ ayaq üstə xütbə deyərkən bir kişi məscidə daxil oldu və ayaq üstə Allah Elçisinə ﷺ belə dedi: “Ey Allahın Elçisi! Mal-qara tələf oldu, yollar kəsildi. Allaha dua et ki, bizə yağış yağdırsın!” Allah Elçisi ﷺ əllərini qaldırdı və dedi: “Allahım, bizə yağış endir! Allahım, bizə yağış endir!” Ənəs dedi: “Allaha and olsun ki, göydə nə bir bulud, nə də buluddan bir parça qalmadı. Səli dağı ilə aramızda buludları görməyimizə maneə olan heç bir ev yox idi. Səmada qalxan kimi buludlar meydana gəldi. Buludlar toplandıqdan sonra ətrafa yayılmağa başladı”. Ənəs sözünə davam edərək deyir: “Allaha and olsun ki, bir həftə ərzində günəşi görmədik. Sonra cümə günü məscidə həmin qapıdan bir kişi daxil oldu. Allah Elçisi ﷺ də bu zaman xütbə deyirdi. Kişi ayaq üstə duraraq belə dedi: “Ey Allahın Elçisi, mal-qara tələf oldu, yollar kəsildi. Yağışı dayandırması üçün Allaha dua et!” Allah Elçisi ﷺ əllərini qaldırıb dedi: “Allahım, bu yağışı üzərimizdən ətrafımıza - dağlara, təpələrə, vadilərin içinə, ağacların olduğu yerə endir!” Bu vaxt buludlar dağıldı, biz də məsciddən çıxıb günəşin altında gəzişməyə başladıq”. Şərik deyir: “Ənəsə sual verərək dedim: “Bu, əvvəlki yağış tələb edən kişi idi?” O: “Xeyr”- dedi.”