İstisqa (yağışın yağması üçün dua etmək) kitabı

Ulduzlardan nəsə ummağın pis bir şey olması

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ صَالِحِ بْنِ كَيْسَانَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِيِّ ، قَالَ : مُطِرَ النَّاسُ عَلَى عَهْدِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : أَلَمْ تَسْمَعُوا مَاذَا قَالَ رَبُّكُمُ اللَّيْلَةَ ؟ قَالَ : مَا أَنْعَمْتُ عَلَى عِبَادِي مِنْ نِعْمَةٍ إِلاَّ أَصْبَحَ طَائِفَةٌ مِنْهُمْ بِهَا كَافِرِينَ ، يَقُولُونَ : مُطِرْنَا بِنَوْءِ كَذَا وَكَذَا ، فَأَمَّا مَنْ آمَنَ بِي وَحَمِدَنِي عَلَى سُقْيَايَ فَذَاكَ الَّذِي آمَنَ بِي وَكَفَرَ بِالْكَوْكَبِ ، وَمَنْ قَالَ : مُطِرْنَا بِنَوْءِ كَذَا وَكَذَا فَذَاكَ الَّذِي كَفَرَ بِي وَآمَنَ بِالْكَوْكَبِ.

“Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni ﵁ demişdir: “Peyğəmbərin ﷺ dövründə yağış yağmışdı. Allah Elçisi ﷺ dedi: “Bu gecə Rəbbinizin nə dediyini eşitdinizmi? Allah buyurdu: “Mən qullarıma nemət verdikdə, onlardan bir tayfa küfr edərək belə deyər: “Bizə filan ulduza görə yağış yağdı”. Amma Mənə iman edən və yağışa görə Mənə həmd edənə gəlincə, Mənə iman etmiş və ulduzun (yağış yağdırmasını) inkar etmişdir. Kim “bizə filan ulduza görə yağış yağdı”- desə, Mənə küfr etmiş və ulduzun (yağış yağdırmasına) iman etmişdir”.”

Zeyd ibn Xalid əl-Cuhəni
Səhih

İstinad

Nəsəi, 1525 (İstisqa, 22)

Sunən ən-Nəsəi — İstisqa (yağışın yağması üçün dua etmək) kitabı