Yağışın kəsilməsi üçün dua etdikdə əllərin qaldırılması
أَخْبَرَنَا مَحْمُودُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، قَالَ : أَنْبَأَنَا أَبُو عَمْرٍو الأَوْزَاعِيُّ ، عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : أَصَابَ النَّاسُ سَنَةٌ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَبَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ عَلَى الْمِنْبَرِ يَوْمَ الْجُمُعَةِ ، فَقَامَ أَعْرَابِيٌّ فَقَالَ : يَا رَسُولَ اللهِ ، هَلَكَ الْمَالُ ، وَجَاعَ الْعِيَالُ ، فَادْعُ اللَّهَ لَنَا ، فَرَفَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ ، وَمَا نَرَى فِي السَّمَاءِ قَزَعَةً ، وَالَّذِي نَفْسِي بِيَدِهِ ، مَا وَضَعَهَا حَتَّى ثَارَ سَحَابٌ أَمْثَالُ الْجِبَالِ ، ثُمَّ لَمْ يَنْزِلْ عَنْ مِنْبَرِهِ حَتَّى رَأَيْتُ الْمَطَرَ يَتَحَادَرُ عَلَى لِحْيَتِهِ ، فَمُطِرْنَا يَوْمَنَا ذَلِكَ وَمِنَ الْغَدِ ، وَالَّذِي يَلِيهِ حَتَّى الْجُمُعَةِ الأُخْرَى ، فَقَامَ ذَلِكَ الأَعْرَابِيُّ أَوْ قَالَ غَيْرُهُ فَقَالَ : يَا رَسُولَ اللهِ ، تَهَدَّمَ الْبِنَاءُ ، وَغَرِقَ الْمَالُ ، فَادْعُ اللَّهَ لَنَا ، فَرَفَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ فَقَالَ : اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا ، فَمَا يُشِيرُ بِيَدِهِ إِلَى نَاحِيَةٍ مِنَ السَّحَابِ إِلاَّ انْفَرَجَتْ حَتَّى صَارَتِ الْمَدِينَةُ مِثْلَ الْجَوْبَةِ ، وَسَالَ الْوَادِي وَلَمْ يَجِئْ أَحَدٌ مِنْ نَاحِيَةٍ إِلاَّ أَخْبَرَ بِالْجَوْدِ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə insanlara quraqlıq üz vermişdi. Allah Elçisi ﷺ cümə günü minbərdə xütbə deyərkən yanında idim. Bir bədəvi ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, mal-qara həlak oldu, ailəmiz ac qaldı. Bizim üçün Allaha dua et (yağış yağdırsın)!” Allah Elçisi ﷺ dua etmək üçün əllərini qaldırdı. Biz göydə heç bir bulud görmürdük. Canım Əlində Olana and olsun! Dağlar boyda bulud meydana gəldi. Allah Elçisi ﷺ minbərdən aşağı enməmiş saqqalının yağış damcları ilə islandığını gördüm. Səhərisi, birisi gün və növbəti cüməyə qədər bizə yağış yağdı. Həmin bədəvi və ya başqası ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, binalar uçdu, mallarımız su altında qaldı, bizim üçün Allaha dua et ki, yağışı dayandırsın!” Allah Elçisi ﷺ əllərini qaldırıb dua edərək belə dedi: “Allahım, yağışı bizim üzərimizə deyil, ətrafımıza yağdır!” Əli ilə hansı tərəfə işarə edirdisə, buludlar həmin ərazidə dağılırdı. Elə oldu ki, Mədinə ortada qaldı. Yağış ətrafa yağmağa başladı və vadilər sel ilə doldu. Kənar ərazilərdən gələnlər bol yağış və bərəkət xəbərləri ilə gəldilər”.”
İstinad
Nəsəi, 1528 (İstisqa, 25)
Sunən ən-Nəsəi — İstisqa (yağışın yağması üçün dua etmək) kitabı