İstisqa (yağışın yağması üçün dua etmək) kitabı

(İstisqa zamanı) əllər necə qaldırılır?

أَخْبَرَنَا عِيسَى بْنُ حَمَّادٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ سَعِيدٍ وَهُوَ الْمَقْبُرِيُّ ، عَنْ شَرِيكِ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي نَمِرٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّهُ سَمِعَهُ يَقُولُ : بَيْنَا نَحْنُ فِي الْمَسْجِدِ يَوْمَ الْجُمُعَةِ ، وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ النَّاسَ ، فَقَامَ رَجُلٌ فَقَالَ : يَا رَسُولَ اللهِ ، تَقَطَّعَتِ السُّبُلُ ، وَهَلَكَتِ الأَمْوَالُ ، وَأَجْدَبَ الْبِلاَدُ ، فَادْعُ اللَّهَ أَنْ يَسْقِيَنَا ، فَرَفَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ حِذَاءَ وَجْهِهِ ، فَقَالَ : اللَّهُمَّ اسْقِنَا ، فَوَاللَّهِ مَا نَزَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْمِنْبَرِ حَتَّى أُوسِعْنَا مَطَرًا ، وَأُمْطِرْنَا ذَلِكَ الْيَوْمَ إِلَى الْجُمُعَةِ الأُخْرَى ، فَقَامَ رَجُلٌ لاَ أَدْرِي هُوَ الَّذِي قَالَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اسْتَسْقِ لَنَا أَمْ لاَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، انْقَطَعَتِ السُّبُلُ ، وَهَلَكَتِ الأَمْوَالُ مِنْ كَثْرَةِ الْمَاءِ ، فَادْعُ اللَّهَ أَنْ يُمْسِكَ عَنَّا الْمَاءَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا ، وَلَكِنْ عَلَى الْجِبَالِ وَمَنَابِتِ الشَّجَرِ ، قَالَ : وَاللَّهِ مَا هُوَ إِلاَّ أَنْ تَكَلَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِذَلِكَ تَمَزَّقَ السَّحَابُ حَتَّى مَا نَرَى مِنْهُ شَيْئًا.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir dəfə biz cümə günü məsciddə idik. Allah Elçisi ﷺ insanlara xütbə deyirdi. Bir kişi ayağa qalxaraq belə dedi: “Ey Allahın Elçisi! Yollar kəsildi, mal-qara tələf oldu, yurdumuzda quraqlıqdır. Allaha dua et ki, bizə yağış yağdırsın!” Allah Elçisi ﷺ əllərini üzünə tərəf qaldırdı və: “Allahım, bizə yağış endir!”- dedi. Allaha and olsun ki, Allah Elçisi ﷺ minbərdən düşməmiş yağış yağmağa başladı. Yağış növbəti cüməyə qədər davam etdi. Sonra bir kişi, bilmədim o, Allah Elçisindən ﷺ yağış yağmasını istəyən kişi idi ya yox, ayağa qalxdı və dedi: “Ey Allahın Elçisi! Yollar tutuldu, suyun çoxluğundan mal-qara tələf oldu. Allaha yağışı dayandırması üçün dua et!” Allah Elçisi ﷺ dedi: “Allahım, üzərimizdən çəkib ətrafımıza - dağlara, ağacların olduğu yerə yağdır!” Ənəs dedi: “Allaha and olsun! Allah Elçisi ﷺ duasını bitirməmiş buludlar parçalandı və biz heç bir bulud görmədik”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Nəsəi, 1515 (İstisqa, 12)

Sunən ən-Nəsəi — İstisqa (yağışın yağması üçün dua etmək) kitabı