İstisqa (yağışın yağması üçün dua etmək) kitabı

Yağış duası haqda

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ ، قَالَ : سَمِعْتُ عُبَيْدَ اللهِ بْنَ عُمَرَ وَهُوَ الْعُمَرِيُّ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ يَوْمَ الْجُمُعَةِ ، فَقَامَ إِلَيْهِ النَّاسُ فَصَاحُوا ، فَقَالُوا : يَا نَبِيَّ اللهِ ، قَحَطَتِ الْمَطَرُ ، وَهَلَكَتِ الْبَهَائِمُ ، فَادْعُ اللَّهَ أَنْ يَسْقِيَنَا ، قَالَ : اللَّهُمَّ اسْقِنَا ، اللَّهُمَّ اسْقِنَا قَالَ : وَايْمُ اللهِ ، مَا نَرَى فِي السَّمَاءِ قَزَعَةً مِنْ سَحَابٍ قَالَ : فَأَنْشَأَتْ سَحَابَةٌ فَانْتَشَرَتْ ، ثُمَّ إِنَّهَا أُمْطِرَتْ ، وَنَزَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى ، وَانْصَرَفَ النَّاسُ فَلَمْ تَزَلْ تَمْطُرُ إِلَى يَوْمِ الْجُمُعَةِ الأُخْرَى ، فَلَمَّا قَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ صَاحُوا إِلَيْهِ ، فَقَالُوا : يَا نَبِيَّ اللهِ ، تَهَدَّمَتِ الْبُيُوتُ ، وَتَقَطَّعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ أَنْ يَحْبِسَهَا عَنَّا ، فَتَبَسَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ : اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا فَتَقَشَّعَتْ عَنِ الْمَدِينَةِ ، فَجَعَلَتْ تَمْطُرُ حَوْلَهَا وَمَا تَمْطُرُ بِالْمَدِينَةِ قَطْرَةً ، فَنَظَرْتُ إِلَى الْمَدِينَةِ وَإِنَّهَا لَفِي مِثْلِ الإِكْلِيلِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ cümə günü xütbə verdikdə, insanlardan bəziləri belə dedilər: “Ey Allahın Peyğəmbəri! (Uzun müddət) yağış yağmır, heyvanlar məhv oldu. Allaha dua et ki, bizə yağış yağdırsın!” Peyğəmbər ﷺ dedi: “Allahım, bizə yağış endir, Allahım bizə yağış endir!” (Ənəs) deyir: “Allaha and olsun! Səmada heç bir bulud olmadığı halda, bir bulud əmələ gəldi və ətrafa yayılmağa başladı. Sonra ondan yağış yağmağa başladı. Allah Elçisi ﷺ minbərdən aşağı düşüb (cümə) namazını qıldırdı. Sonra insanlar dağılışdılar. Yağış növbəti cümə gününə qədər yağmağa davam etdi. (Növbəti cümədə) Allah Elçisi ﷺ xütbə demək istədikdə, bəzi kimsələr möhkəm səslə dedilər: “Ey Allahın Peyğəmbəri! Evlər dağıldı, yollar kəsildi. Allaha dua et ki, yağışı dayandırsın”. Allah Elçisi ﷺ təbəssüm edib dedi: “Allahım, yağışı üzərimizə deyil, ətrafımıza yağdır!” Mədinəyə yağan yağış kəsilərək ətrafa yağmağa başladı. Mədinəyə bir damcı belə yağış düşmədi. Mədinəyə baxdıqda (yağışın ortasında) bir dairə kimi qalmışdı“.”

Ənəs
Səhih

İstinad

Nəsəi, 1517 (İstisqa, 14)

Sunən ən-Nəsəi — İstisqa (yağışın yağması üçün dua etmək) kitabı