Bayram namazları kitabı

Xütbədə imamın sədəqə verməyə təşviq etməsi

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا دَاوُدُ بْنُ قَيْسٍ ، قَالَ : حَدَّثَنِي عِيَاضٌ ، عَنْ أَبِي سَعِيدٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَخْرُجُ يَوْمَ الْعِيدِ فَيُصَلِّي رَكْعَتَيْنِ ، ثُمَّ يَخْطُبُ فَيَأْمُرُ بِالصَّدَقَةِ ، فَيَكُونُ أَكْثَرَ مَنْ يَتَصَدَّقُ النِّسَاءُ ، فَإِنْ كَانَتْ لَهُ حَاجَةٌ أَوْ أَرَادَ أَنْ يَبْعَثَ بَعْثًا تَكَلَّمَ وَإِلاَّ رَجَعَ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bayram günü çıxıb iki rükət namaz qılar, sonra xütbə deyər və xütbədə sədəqə verməyi əmr edərdi. Ən çox sədəqə verən qadınlar olardı. Əgər onun ehtiyacı olar və ya kimisə bir işin arxasınca göndərmək istəyərdisə, bunu söyləyərdi. Bir iş olmayanda isə qayıdıb gedərdi”.”

Əbu Səid
Səhih

İstinad

Nəsəi, 1579 (Bayramlar, 24)

Sunən ən-Nəsəi — Bayram namazları kitabı