Xütbədə imamın sədəqə verməyə təşviq etməsi
أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ هَارُونَ ، قَالَ : أَنْبَأَنَا حُمَيْدٌ ، عَنِ الْحَسَنِ ، أَنَّ ابْنَ عَبَّاسٍ خَطَبَ بِالْبَصْرَةِ فَقَالَ : أَدُّوا زَكَاةَ صَوْمِكُمْ ، فَجَعَلَ النَّاسُ يَنْظُرُ بَعْضُهُمْ إِلَى بَعْضٍ ، فَقَالَ : مَنْ هَاهُنَا مِنْ أَهْلِ الْمَدِينَةِ ، قُومُوا إِلَى إِخْوَانِكُمْ فَعَلِّمُوهُمْ فَإِنَّهُمْ لاَ يَعْلَمُونَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَضَ صَدَقَةَ الْفِطْرِ عَلَى الصَّغِيرِ وَالْكَبِيرِ ، وَالْحُرِّ وَالْعَبْدِ ، وَالذَّكَرِ وَالأُنْثَى ، نِصْفَ صَاعٍ مِنْ بُرٍّ أَوْ صَاعًا مِنْ تَمْرٍ أَوْ شَعِيرٍ.
“əl-Həsən ﵀ rəvayət edir ki, İbn Abbas Bəsrədə xütbə verərək belə dedi: “Orucunuzun zəkatını verin!” İnsanlar başa düşmədikləri üçün bir-birinə baxdılar. İbn Abbas dedi: “Burada Mədinə əhlindən olan varmı!? Qalxın öz qardaşlarınızı öyrədin, onlar bilmirlər. Həqiqətən, Allah Elçisi ﷺ fitrə zəkatını kiçiyə və böyüyə, azad olana və köləyə, kişiyə və qadına yarım saa buğda və ya bir saa xurma və ya arpa verməyi əmr etdi”.”
İstinad
Nəsəi, 1580 (Bayramlar, 25)
Sunən ən-Nəsəi — Bayram namazları kitabı