Xütbədə imamın sədəqə verməyə təşviq etməsi
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ مَنْصُورٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنِ الْبَرَاءِ ، قَالَ : خَطَبَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ النَّحْرِ بَعْدَ الصَّلاَةِ ثُمَّ قَالَ : مَنْ صَلَّى صَلاَتَنَا وَنَسَكَ نُسُكَنَا ، فَقَدْ أَصَابَ النُّسُكَ ، وَمَنْ نَسَكَ قَبْلَ الصَّلاَةِ فَتِلْكَ شَاةُ لَحْمٍ ، فَقَالَ أَبُو بُرْدَةَ بْنُ نِيَارٍ : يَا رَسُولَ اللهِ ، وَاللَّهِ لَقَدْ نَسَكْتُ قَبْلَ أَنْ أَخْرُجَ إِلَى الصَّلاَةِ ، عَرَفْتُ أَنَّ الْيَوْمَ يَوْمُ أَكْلٍ وَشُرْبٍ فَتَعَجَّلْتُ فَأَكَلْتُ وَأَطْعَمْتُ أَهْلِي وَجِيرَانِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : تِلْكَ شَاةُ لَحْمٍ ، قَالَ : فَإِنَّ عِنْدِي جَذَعَةً خَيْرٌ مِنْ شَاتَيْ لَحْمٍ ، فَهَلْ تُجْزِي عَنِّي ؟ قَالَ : نَعَمْ ، وَلَنْ تُجْزِيَ عَنْ أَحَدٍ بَعْدَكَ.
“Rəvayət edilir ki, əl-Bəra ﵁ demişdir: “Allah Elçisi ﷺ Qurban bayramı günü namazdan sonra bizə xütbə deyərək buyurdu: “Kim bizim namazımızı qılıb qurban kəsərsə, bizim sünnəmizə uyğun hərəkət etmiş olar. Kim namazdan qabaq qurban kəsərsə, adi ət kəsmiş sayılar”. Əbu Burdə ibn Niyar dedi: “Ey Allahın Elçisi! Vallahi, mən artıq namaza gəlməmiş qurban kəsmişəm. Bu günün yeyib-içmək olduğunu bildiyimə görə tələsib ailəmə və qonşularıma bunu yedizdirdim”. Allah Elçisi ﷺ dedi: “Bu, adi ət kəsmək sayılır”. Səhabə dedi: “Mənim bundan daha xeyirli və iki qoyunun ətini verəcək heyvanım da var. Bunu (kəssəm) mənim üçün keçərlidirmi?” Allah Elçisi ﷺ dedi: “Bəli, amma səndən sonra heç kim üçün keçərli deyil”.”
İstinad
Nəsəi, 1581 (Bayramlar, 26)
Sunən ən-Nəsəi — Bayram namazları kitabı