Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Ramazan ayında olan namaz

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْفُضَيْلِ ، عَنْ دَاوُدَ بْنِ أَبِي هِنْدٍ ، عَنِ الْوَلِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : صُمْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي رَمَضَانَ ، فَلَمْ يَقُمْ بِنَا حَتَّى بَقِيَ سَبْعٌ مِنَ الشَّهْرِ ، فَقَامَ بِنَا حَتَّى ذَهَبَ ثُلُثُ اللَّيْلِ ، ثُمَّ لَمْ يَقُمْ بِنَا فِي السَّادِسَةِ ، فَقَامَ بِنَا فِي الْخَامِسَةِ حَتَّى ذَهَبَ شَطْرُ اللَّيْلِ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، لَوْ نَفَّلْتَنَا بَقِيَّةَ لَيْلَتِنَا هَذِهِ ، قَالَ : إِنَّهُ مَنْ قَامَ مَعَ الإِمَامِ حَتَّى يَنْصَرِفَ ، كَتَبَ اللَّهُ لَهُ قِيَامَ لَيْلَةٍ ، ثُمَّ لَمْ يُصَلِّ بِنَا وَلَمْ يَقُمْ حَتَّى بَقِيَ ثَلاَثٌ مِنَ الشَّهْرِ ، فَقَامَ بِنَا فِي الثَّالِثَةِ ، وَجَمَعَ أَهْلَهُ وَنِسَاءَهُ حَتَّى تَخَوَّفْنَا أَنْ يَفُوتَنَا الْفَلاَحُ ، قُلْتُ : وَمَا الْفَلاَحُ ؟ قَالَ : السُّحُورُ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə Ramazan orucunu tutduq. O, bizə Ramazan ayından yeddi gün qalana qədər namaz qıldırmadı. Yeddi gün qalanda artıq gecənin üçdə biri keçmişdi ki, bizə namaz qıldırdı. Altı gün qalanda yenə qıldırmadı. Sonra beşinci gün gecənin yarısı gedənə qədər bizə namaz qıldırdı. Mən dedim: “Ey Allahın Elçisi, gecənin qalan yarısını da bizimlə birlikdə namaz qılaq?” O dedi: “Sizdən biriniz imam namazı bitirənə qədər onunla birlikdə namaz qılsa, Allah ona bütün gecəni namaz qılmış kimi savab yazar”. Sonra Allah Elçisi ﷺ Ramazan ayından üç gün qalana qədər namaz qıldırmadı. Üç gecə qalanda namaz qıldırdı. Sonra ailəsini və qadınlarını topladı. Biz (namazın uzun olacağı səbəbi ilə) “uğuru” itirməkdən qorxduq”. Ravi deyir: “Biz dedik: “Uğur nədir?” Əbu Zərr dedi: “Səhur”.”

Əbu Zərr
Səhih

İstinad

Nəsəi, 1605 (Gecə namazı, 8)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər